Gundelik.az Dünya Konqoda Ebola virusuna yoluxanların sayı üç mini keçib
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Konqoda Ebola virusuna yoluxanların sayı üç mini keçib

İyulun 25-nə olan son statistik məlumatlara əsasən, Konqo Demokratik Respublikasında Ebola virusuna 3 200 rəsmi yoluxma faktı qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu statistikanı ölkənin Kommunikasiya və KİV Nazirliyi özünün “X” sosial şəbəkə hesabında açıqlayıb.

Məlumatda deyilir ki, 773 xəstə təcrid olunub və ya xəstəxanaya yerləşdirilib, 571 nəfər sağalıb, 1 405 yoluxmuş şəxs isə vəfat edib.

“Bloomberg” agentliyinin məlumatına əsasən, hazırkı vəziyyət tarixdə ikinci ən genişmiqyaslı Ebola epidemiyasına çevrilə bilər. Xatırladaq ki, 2018-20-ci illər aralığında oxşar ərazidə yayılan qızdırma 3 470 insanın yoluxması ilə nəticələnmiş və onlardan 2 287-si vəfat etmişdi.

Həmin epidemiya Konqo tarixində ən böyük və dünyada miqyasına görə ikinci epidemiya olmuşdu. O zaman təsdiqlənmiş halların sayı yayılmağa başladıqdan təxminən bir il sonra 2 687-yə çatmışdı. Hazırkı epidemiya zamanı xəstələnənlərin sayı elan edildikdən 10 həftədən az müddətdə bu göstəricini ötüb.

Exit mobile version