Araşdırmaya görə, kollagen əlavələrinin müntəzəm qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır və oynaq kirəclənməsi ilə bağlı problemlərdə müsbət nəticələr verir.
Beynəlxalq tədqiqatçılar ölü dəri hüceyrələrinin yenilənməsi, orqanların qorunması və qanın laxtalanmasında mühüm rol oynayan kollagen zülalının gündəlik qəbulunun sağlamlığa təsirini araşdırıblar. Tədqiqat çərçivəsində 7 min 983 iştirakçının yer aldığı 113 elmi iş təhlil edilib.
Nəticələr göstərib ki, kollagenin müntəzəm qəbulu dərinin elastikliyini artırır, əzələ quruluşunu yaxşılaşdırır, dayaq-hərəkət sistemi və oynaq kireclənməsi ilə əlaqəli problemlərin yüngülləşməsinə kömək edir. Araşdırma müəllifləri həmçinin bildiriblər ki, kollagen revmatizmin səbəb olduğu oynaq ağrılarını və sərtliyi azaltmağa da müsbət təsir göstərə bilər.
Bununla yanaşı, tədqiqatçılar kollagen əlavələrinin ağız sağlamlığı və ürək-damar-metabolik göstəricilərinə təsiri ilə bağlı nəticələrin ziddiyyətli olduğunu qeyd ediblər.
Kollagen orqanizmdə təbii şəkildə sintez olunan, lakin yaş artdıqca miqdarı azalan zülaldır. O, dəri, dırnaq, sümük, vətər və qığırdaq kimi birləşdirici toxumaların möhkəmliyini və sağlamlığını dəstəkləyir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
