İsveç Elmlər Akademiyası 2025-ci il Kimya üzrə Nobel mükafatının qaliblərini açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu il nüfuzlu mükafata Susumu Kitaqava, Riçard Robson və Omar Yaqhi “metal-üzvi çərçivələrin inkişafına verdikləri töhfəyə görə” layiq görülüblər.
Laureatların tədqiqatları haqqında ətraflı məlumat Nobel Komitəsinin rəsmi press-relizində təqdim edilib. Komitənin açıqlamasına görə, bu kəşf material elmlərində inqilabi yeniliklərə yol açaraq enerji saxlanması, qazların ayrılması və kataliz sahələrində geniş tətbiq imkanı yaradır.
Qeyd edək ki, Kimya üzrə Nobel mükafatı bəzən biologiya ilə kəsişən sahələrdə də verilir. Məsələn, 2020-ci ildə mükafat CRISPR/Cas “genetik qayçı” texnologiyasına görə Emmanuelle Charpentier və Jennifer Doudna-ya təqdim edilmişdi. 2024-cü ildə David Baker (Howard Hughes Tibb İnstitutu) “hesablamalı zülal dizaynına”, Google DeepMind tədqiqatçıları Demis Hassabis və John Jumper isə “zülal strukturunun proqnozlaşdırılmasına” görə mükafat almışdı. 2023-cü ildə isə Moungi Bawendi, Luis Brus və Aleksey Ekimov kvant nöqtələrinin kəşfi və sintezindəki xidmətlərinə görə mükafatlandırılmışdılar. 2022-ci ildə Caroline Bertozzi, Morten Møldahl və Barry Sharpless “klik kimyası və bioortoqonal kimyanın inkişafına” görə qalib olmuşdu.
Xatırladaq ki, dünən — 7 oktyabrda Fizika üzrə Nobel Mükafatı sahibləri də elan olunub. Con Klark, Mişel Devore və Con Martinis “elektrik dövrələrində makroskopik kvant-mexaniki tunelin qurulması və enerjinin kvantlaşdırılmasının kəşfinə görə” mükafata layiq görülüblər.
6 oktyabrda Fiziologiya və Tibb üzrə Nobel Mükafatı amerikalı alimlər Meri Brunkow və Fred Ramsdell, eləcə də yapon tədqiqatçı Simon Sakaquçiyə immunitet sistemi ilə bağlı araşdırmalarına, xüsusən “periferik immun tolerantlıq” kəşfinə görə təqdim edilib.
Ədəbiyyat üzrə Nobel Mükafatının qalibi isə 9 oktyabrda elan olunacaq.
Gundelik.az
