Şimali Koreya lideri Kim Çen In Çinə səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpinlə görüşə bilər.
Gundelik.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, diqqət Kim Çen Inın çoxtərəfli diplomatik müstəviyə ilk çıxışı və mümkün üçtərəfli görüşə yönələcək.
Xatırladaq ki, avqustun 30-dan sentyabrın 1-dək Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilib. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin dördgünlük səfərlə Çinə gəlib. Sentyabrın 3-də isə o, Pekində militarist Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərin əsas qonağı olacaq.
Bu gün səhər saatlarında Vladimir Putin Pekində Rusiya-Çin danışıqlarının keçiriləcəyi Böyük Xalq Zalına daxil olub. Qeyd edək ki, ŞƏT ölkələrinin bütün liderləri daha əvvəl Qlobal İdarəetmə Təşəbbüsünü dəstəklədiklərini bəyan ediblər.
Gundelik.az

