“KƏND” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını kəskin azaldıb.
Gundelik.az xəbər verir ki, şirkət nizamnamə kapitalının 23 milyon manat məbləğdən 1 milyon 854 min 50 manat məbləğə azaldığını elan edib.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Göyçay şəhəri, Natəvan küçəsi, ev 118 ünvanına bildirə bilərlər.

