İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Kəngərlidə kommunikasiya xətləri ilə bağlı 2 milyon manatlıq işlərə başlanılır

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Elta Development” QSC ilə növbəti dəfə müqavilə bağlayıb.

Gundelik.az xəbər verir ki, müqavilədə Ağdam rayonunun Kəngərli kəndi üzrə su, kanalizasiya və qaz xətləri işlərinin davamı nəzərdə tutulur.

Bununla bağlı ilk müqavilə 2024-cü ilin iyunun 14-də imzalanıb və həmin müqavilənin maliyyə dəyəri 4 milyon manat olub.

Müqavilənin davamında nəzərdə tutulan işlərin icrasına görə isə şirkətə 1 milyon 970 min manat ödəniləcək.