Gundelik.az Ölkə Kəlbəcərdə yeni yarımstansiyanın tikintisinə 24,6 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Kəlbəcərdə yeni yarımstansiyanın tikintisinə 24,6 milyon manat ayrıldı

Kəlbəcər rayonu ərazisində yeni 110/35 kV-luq 2×25 MVA gücündə “Şəhər” yarımstansiyasının tikintisi işlərinə başlanılır.

Gundelik.az-ın məlumatına görə, həmçinin mövcud 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işləri də aparılacaq.

Belə ki, artıq bununla bağlı
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) hazırlıqlara başlayıb.

ASC sözügedən işlərin icrasını “Smart Energy Services” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 24 598 456 manat ödənilib.

Gundelik.az 

Exit mobile version