Gundelik.az Siyasət Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb
Siyasət Xəbərlər

Jurnalistlərin IX qurultayında Prezident İlham Əliyevə müraciət ünvanlanıb

Bu gün Mətbuat Şurasının IX qurultayı keçirilir.

Gundelik.az xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqlənib.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Jurnalistlərin IX qurultayında iştirakçılar adından ölkə Prezidenti İlham Əliyevə müraciət olunub.

Müraciəti jurnalist Seyfəddin Hüseynli səsləndirib.

Exit mobile version