Çərşənbə günü İtaliya polisi Kalabriya mafiyası olan “Ndrangheta”ya qarşı iri əməliyyat keçirib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu əməliyyat zamanı 14 əyalətdə onun klanlarında iştirakda və ya onlarla əməkdaşlıqda ittiham olunan 97 nəfər həbs edilib.
Məlumata əsasən, Millenium kod adlı əməliyyata Kalabriya, Siciliya polisi və xüsusi təyinatlıların və beynəlxalq polis strukturlarının iştirakı ilə Reggio Kalabria Əyalətinin Mafiyaya Qarşı Mübarizə İdarəsi rəhbərlik edir. Həbs edilənlər mafiya təşkilatında iştirakda, narkotik vasitələrin qanunsuz dövriyyəsində, adam oğurluğunda, silah və qeyri-siyasətçilərə təsir göstərməkdə ittiham olunurlar.
Bundan əlavə, qeyd olunur ki, İtaliyada çirkli pulların yuyulması və cinayət fəaliyyətinə maddi-texniki dəstək üçün istifadə edildiyi güman edilən iki şirkətin fəaliyyəti ilə bağlı da araşdırmalara başlanılıb.
Əməliyyat İtaliya hüquq-mühafizə orqanları “Reggio Calabria”nın əsas mafiya ailələri arasında həm milli, həm də beynəlxalq səviyyədə narkotik ticarətində sıx əməkdaşlıq olduğunu aşkar etdikdən sonra həyata keçirilib.
Gundelik.az

