Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanın neft koksu və neft bitumu ixracından gəlirləri kəskin artıb
İqtisadiyyat Xəbərlər

Azərbaycanın neft koksu və neft bitumu ixracından gəlirləri kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 15,3 milyon ABŞ dolları dəyərində 48,6 min ton neft koksu ixrac edilib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,6 milyon ABŞ dolları və ya 2,3 dəfə çox, həcm ifadəsində isə 32,6 min ton və ya 40,1% azdır.

Eyni zamanda cari ilin yanvar-aprel aylarında Azərbaycandan 582 min ABŞ dolları dəyərində 2,2 min ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 536 ton və ya 12,7 dəfə, həcm ifadəsində isə 2 min ton və ya 8,8 dəfə çoxdur.

Gundelik.az

Exit mobile version