İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

İstanbul meri casusluqda ittiham olunur

Türkiyə prokurorları əvvəl saxlanılan İstanbul meri Əkrəm İmamoğlunu casusluqda ittiham edib.

Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, İmamoğlu, həmçinin seçki kampaniyası üçün xaricdən maliyyə əldə etmək məqsədilə İstanbul sakinlərinin şəxsi məlumatlarını xaricə ötürməkdə ittiham olunur. Müxalifətçi siyasətçi ittihamları “cəfəngiyyat” adlandırıb.

Oktyabrın 26-da İmamoğlu bir neçə saat dindirilib.

Merin üzləşdiyi digər ittihamlardan biri də korrupsiya ilə bağlıdır.

Əkrəm İmamoğlu mart ayında həbs olunub. Müxalifətçi prezident seçkilərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ciddi rəqib kimi qiymətləndirilir. Onun həbsi son on ildə Türkiyədə ən genişmiqyaslı etirazlara səbəb olub.

Gundelik.az