İspaniyanın baş prokuroru Alvaro Qarsiya Ortizə qarşı məxfi məlumatları açıqlama ittihamı ilə məhkəmə prosesi başlayıb.
Gundelik.az-ın “Associated Press” (AP) agentliyinə istinadən məlumatına görə, Ortiz Madrid muxtariyyətinin rəhbəri İzabel Dias Ayusonun vəkili ilə bağlı jurnalistlərə gizli məlumat ötürməkdə ittiham olunur. Qeyd olunur ki, Ayusonun ortağı hazırda vergi fırıldaqçılığı faktı üzrə istintaq altındadır. Ayuso isə İspaniya müxalifətinin tanınmış nümayəndələrindən biridir.
AP bildirir ki, bu hadisə İspaniyanın müasir tarixində ilk dəfə baş prokurorun məhkəmə qarşısına çıxması kimi tarixə düşüb.
Məhkəmə dinləmələrinin on gün davam edəcəyi gözlənilir.

