“Bir tərəfdə Seyyid Əli Xameneyinin rəhbərlik etdiyi qurupun Azərbaycan siyasətində müəyyən anti Azərbaycan meyillərinin, daha doğrusu, ciddi anti Azərbaycan meyillərini hiss etsəkdə, ancaq Məsud Pezeşkian yanaşmasında bir az fərqli mənada inkişaf eləyir və Azərbaycanla münasibətləri yaxşılaşdırmasın tərəfləri olduğunu göstərir”.
Bunu Gundelik.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
İranın Cənubi Qafqaz siyasətində aktivləşməsi əvvəlki dövrlərə nisbətən çox da hiss olunmamaqdadır. Çünki əvvəl belə idi, Azərbaycan Ermənistan arasında hələ “Vaşinqton Anlaşması” imzalamamışdı və bu imzalanma olmadığı üçün Ermənistanın İrana yaxınlaşması daha məqbul görünürdü. Amma son proseslər, yəni səkkiz avqurstdan bu yana olan proseslərlərdə biz görürük ki, Artıq Ermənistan da İstər İran, istər digər ölkələr, Rusiya və ya Qərb ölkələri olsun, artıq müəyyən bir məsafə yaratmağa çalışır.
Daha doğrusu, Azərbaycanla imzalanmış anlaşmanın pozulmaması üçün müəyyən addımlar atdığı hiss olunmaqdadır. Düzdür, İran bu və ya digər formada Cənubi Qafqazda formalaşdırdığı mövqeyini qoruyub saxlamağa çalışır. Lakin bu Azərbaycana, yaxud da digər Cənubi Qafqaz dövlətinə təzyiq etməklə mümkün deyil. Bunu İranın özü də bilir və eləcə də digər ölkələr də bilirlər ki, bu mümkün deyil. Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan kifayət qədər gücünün formalaşdığını bilirlər. Ona görə də, o riskə gedəcək qədər də sadəlöv düşündüklərini hesab etmirəm. Üstəlik də İranda hakimiyyətin artıq iki qolda formalaşması, yəni bir tərəfdə dini rəhbər, Seyyid Əli Xameneyinin rəhbərlik etdiyi, digər tərəfdə isə prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi qrupun olması, yəni fərqli cəbhələrin qolları formalaşması İran Cənubi Qafqaz siyasətinə də təsir edir. Yəni bir tərəfdə Seyyid Əli Xameneyinin rəhbərlik etdiyi qurupun Azərbaycan siyasətində müəyyən anti Azərbaycan meyillərinin, daha doğrusu, ciddi anti Azərbaycan meyillərini hiss etsəkdə, ancaq Məsud Pezeşkian yanaşmasında bir az fərqli mənada inkişaf eləyir və Azərbaycanla münasibətləri yaxşılaşdırmasın tərəfləri olduğunu göstərir. Ona görə mən düşünmürəm ki, yəni tam olaraq İranın təzyiq və yaxud da risklər Azərbaycan üçün olar. Bəli, ola bilər ki, İran müəyyən mənada, yəni yeni açılacaq yolları, Zəngəzur və digər yolları, fərqi yoxdur, iki anlamda işlətmək olar. Bu yolun, bu dəhrizin açılması məsələsində İran müəyyən bir təzyiq etməyə çalışar, o da Azərbaycan üzərinə təzyiq eləmək mümkün deyil. O ərazi Ermənistana məxsusdur və onu Ermənistan açır, üstəlik iburada tərəflərdən biri də Amerika Birləşmiş Ştatlarıdır ki, bu da İran üçün belə qırmızı xətt sayıdır, yəni qorxulu bir ssenari sayılır İran üçün. Ona görə də, düşünürəm ki, İran yəni o məsələdə Azərbaycana deyil, daha çox Ermənistana və digər tərəflərə tətbiq edə bilməyə çalışar ki, bu da Azərbaycan üçün nə risk, nə də təzyiq yarada bilməz.
AYNUR TURAN
Gundelik.az
