Gundelik.az Dünya İranın ABŞ-a yeni təklifində nə var?
Dünya Xəbərlər

İranın ABŞ-a yeni təklifində nə var?

İranın xarici işlər naziri Abbas Araqçi, bölgə ölkələri ilə ABŞ-a təqdim edilən yeni təklifi müzakirə edib. Təklif Hörmüz Boğazının yenidən açılmasını hədəfləyir, lakin nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların sonraya saxlanmasını nəzərdə tutur. Bu məqsədlə üç ölkəni əhatə edən 72 saatlıq intensiv diplomatik görüşlər keçirilib.

Araqçi Rusiyanın Sankt-Peterburq şəhərində Vladimir Putin ilə görüşməzdən əvvəl iki dəfə Pakistana səfər edib, həmçinin Oman paytaxtı Maskatda danışıqlar aparıb. Maskatdakı görüşlərdə əsas diqqət nüvə məsələsindən kənarlaşdırılaraq Hörmüz boğazı, regional təhlükəsizlik və mümkün razılaşma çərçivəsinə yönəlib.

İran ABŞ-la müharibəni dayandırmaq məqsədilə hazırladığı təklifi Pakistana təqdim edib. Pakistan tərəflər arasında vasitəçi kimi çıxış edir və mesajların ötürülməsini təmin edir.

Ağ Evin sözçüsü təklifin detalları barədə açıqlama verməyib. Donald Trump isə nüvə danışıqlarının təxirə salınmasına müsbət yanaşmadığını bildirib. ABŞ üçün əsas şərt İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasıdır.

Araqçi son günlərdə Qətər, Səudiyyə Ərəbistanı, Misir və Fransa rəsmiləri ilə də əlaqə saxlayıb. Körfəz ölkələri üçün əsas prioritet Hörmüz boğazının açılması və dəniz təhlükəsizliyidir.

Ekspertlərə görə, İran bu diplomatik addımlarla beynəlxalq təcriddən çıxmağa və daha geniş dəstək qazanmağa çalışır.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version