İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Gundelik.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

