İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

İran xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfər edəcəyi tarix məlum olub.

Gundelik.az-ın xəbərinə görə, XİN başçısı Bakıya dekabrın 7-i gələcək.

Səfər çərçivəsində onun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və digər bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.