Gundelik.az Dünya iPhone 18 seriyası haqqında indiyə qədər bilinənlər
Dünya Xəbərlər

iPhone 18 seriyası haqqında indiyə qədər bilinənlər

Apple-ın iPhone 18 seriyası ilə bağlı müxtəlif şayiələr və məlumatlar yayılmağa davam edir. Ən böyük ehtimallardan biri, şirkətin ənənəvi sentyabr təqdimat formatını dəyişdirməsidir. Yeni plana görə, Apple təqdimatları iki hissəyə bölə bilər: premium modellər ayrı vaxtda, daha ucuz modellər isə 2027-ci ilin yazında təqdim oluna bilər.

Gözlənilən əsas dəyişikliklər:

Təqdimat planı: iPhone 18 Pro modelləri və Apple-ın ilk qatlanan telefonu 2026-cı ilin payızında (sentyabr ətrafı) təqdim oluna bilər.

Dizayn və ekran: Dynamic Island daha kiçik ola bilər, amma bu dəyişiklik bütün modellərə şamil olunmaya bilər.

Rənglər: Pro modellərdə klassik qara rəngin olmaması mümkündür. Əvəzində tünd bordo, qəhvəyi və bənövşəyi kimi daha canlı rənglər gözlənilir.

Kamera: iPhone 18 Pro modellərində 24 MP ön kamera planlaşdırılır. Adi iPhone 18 isə 18 MP kamera ilə qala bilər.

Batareya: Pro Max modelində 5000–5200 mAh batareya ola bilər ki, bu da daha uzun işləmə müddəti verəcək.

Prosessor: Daha güclü və enerji baxımından səmərəli A20 Pro çipi gözlənilir.

iPhone 18 dizaynı: Standart iPhone 18 böyük ehtimalla iPhone 17 dizaynını davam etdirəcək.

Strateji dəyişiklik:

Apple satış və istehsal yükünü bölmək üçün böyük təqdimatlarını il boyu yaymağa çalışır. Bu səbəbdən həm payız, həm də yaz aylarında fərqli iPhone modelləri təqdim edilə bilər.

Mənbə: Digital Trends

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version