Gundelik.az Xəbərlər Hüquq “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “- İctimai maarifləndirmə kompaniyasının təşkili “ adlı  layihəsinə start verildi
Hüquq Xəbərlər

“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “- İctimai maarifləndirmə kompaniyasının təşkili “ adlı  layihəsinə start verildi

Azərrbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi  01 iyun 2025-cü il tarixindən “ İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “- İctimai maarifləndirmə kompaniyasının təşkili.  adlı layihənin icrasına start verib. Layihənin icra müddəti  01 iyun 2025-ci ildən 30 sentyabr 2025-ci ilə kimidir.
Bu layihənin məqsədi   insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və  psixoloji yardımç göstərməkdir.
“İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “- İctimai maarifləndirmə kompaniyasının təşkili “ adlı  layihəsi Bakı, Sabirabad, Saatlı, Zərdab, Hacıqabul, İsmayıllı və Qəbələ rayonlarında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində rayon sakinlərinə  hüquşünaslar  və psixoloq tərəfindən hüquqi və psixoloji  yardım göstəriləcəkdir.
Azərbaycanın 6 rayonunda gənc qadınlar və qızlar üçün insan alveri ilə bağlı təlimlər təşkil ediləcək, mövcud qanunvericilik izah ediləcək. Insan alverçilərinin qurbanlan cəlb etmək üçün tətbiq etdiyi metodlar izah olunacaq, onlara qarşı mübarizə üsulları öyrədiləcəkdir.
Regionlarda yaşayan, oxuyan və işləyən gənc qızlar işsizlik, sosial problemlər və bir çox  səbəblərdən  insan alverçilərinin toruna düşür, aldanılır.
Təlimlərdə 120-dan vətəndaş  iştirak edəcək. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi aparılacaq.
          Potensial qurbanlar va qurbanlar layihənin ofisində eləcə də, votsapla görüntülü hüquqi, psixoloji və sosial xidmətlər ala biləcək, reabilitasiya olunacaq sosial həyata integrasiya oluna biləcəklər.
Potensial qurbanlarla hüquq mühafizə orqanları və yerli Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi-lər arasında əlaqə və əməkdaşlıq formalaşacaqdır ki, bu da qurbanlanın azalmasına səbəb olacaqdir
            Bakı şəhərinda ” İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir” mövzusunda Dəyirmi Masa keçiriləcək. Tədbirdə layihə üzrə tərəfdaş qurumlar, yerli təşkilatlar, QHT-lər, media və dövlət qurumlar iştirak edəcək. Tədbirdə  problemin aktuallığı və mübarizə yollanı müzakirə olunacaq, ictimaiyyat məlumatlandırılacaqdır.
             Layihə çərçivəsindəki tədbirlərlə bağlı mütəmadi məlumat və fotolar paylaşılaraq ictimailəşdiriləcək və layihənin gedişatı ilə əlaqədar KİV-də yekun pres-reliz yayımlanacaq.
Gundelik.az
Exit mobile version