Lamotrigin əsaslı dərman, İngiltərədə hazırda əldə edilməsi çətin olan yüzlərcə dərmandan biridir. İngiltərədə dərmanlara çıxış illərin ən çövrək nöqtəsindədir. Ürək xəsdəlikləri, insult riskləri, göz infeksiyaları, bipoloyar və DEHB ilə yaşayan insanlar – sadəcə bir neçəsini qeyd etmək lazımdır.
Təchizat problemləri o deməkdir ki, Xloi kimi insanlar çox vaxt ölkənin hər yerindəki aptekləri lazımi dərmanlar olmadan tərk edirlər. Çatışmazlıqlar qismən qlobal qiymətlərin artması ilə əlaqədardır. Lakin problem dərmanların maliyyələşdirilməsi mürəkkəb proses ilə də daha da ağırlaşır.
NHS apteklərə verdiyi hər dərman üçün sabit qiymət ödəyir. Daha sonra apteklərdən dərmanı həmin məbləğə və ya daha az məbləğə tədarük etmələri gözlənilir.
Bir dərman qiyməti NHS-in ödədiyindən yuxarı qalxdıqda, dərman hökümətin qiymət güzəştləri siyahısına daxil edilir. Aprel ayında bu rəqəm 210 adda dərmanla rekord həddə çatdı.
Daha sonra aptek sahiblərinə siyahıdakı dərmanlar üçün avtomatik olaraq yeni qiymətlə kompensasiya ödəniləcək.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az

