Bu səhər yerli vaxtla saat 06:48-də İndoneziyanın şimal-şərq sahillərində, Maluku dənizində 7,4 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən sonra verilən sunami xəbərdarlığı ləğv edilib.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Malukunun şimalında, Ternate şəhərindən təxminən 130 km qərbdə, 35 km dərinlikdə baş verib.
Zəlzələ nəticəsində dağılmış və ya zədələnmiş binalar var.
Şimali Sulavesidə 70 yaşlı bir qadın binadan düşən dağıntıların altında qalaraq ölüb. Zəlzələdən sonra çoxsaylı afterşoklar baş verib, bəziləri 5,5 bal gücündə olub.
Səlahiyyətlilər insanları sürüşmə ehtimalı yüksək olan yamaclardan uzaq durmağa çağırıblar.
Bölgə zəlzələlərə alışmış olsa da, yerli sakinlər bunun son illərin ən güclü təkanı olduğunu deyirlər.
Mənbə:BBC
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az

