İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İndoneziyada 7 mərtəbəli bina yandı, 20 nəfər öldü

Bu gün İndoneziyanın Cakarta şəhərində 7 mərtəbəli binada yanğın baş verib.

Bu barədə Gundelik.az “Reuters”ə istinadən xəbər verir.

Ofis binasında baş verən yanğında 20 nəfər həlak olub. 

Günorta saatlarında birinci mərtəbədə başlayan yanğın daha sonra yuxarı mərtəbələrə keçib. Cakartanın polis rəisi yanğının söndürüldüyünü, lakin təxliyənin davam etdiyini bildirib.