Gundelik.az Dünya İlon Maskın şəhəri quruldu: “Starbase”
Dünya Xəbərlər

İlon Maskın şəhəri quruldu: “Starbase”

ABŞ-nin Texas ştatının sakinləri “SpaceX”in buraxılış meydançasının yerləşdiyi ərazinin adının “Starbase” (Ulduz bazası) olaraq dəyişdirilməsinə səs verib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Əksəriyyəti “SpaceX” işçilərindən ibarət olan qəsəbədə keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyinə “hə” deyərkən, köhnə adın saxlanmasına cəmi 6 nəfər səs verib.

Şəhər rəhbərliyi sosial media yazıb: “Şəhər olmaq bizə kosmosda bəşəriyyətin gələcəyi üçün çalışan qadınlar və kişilər üçün mümkün olan ən yaxşı icmanı qurmağa kömək edəcək”.

“Səsvermənin nəticələri mahal hakimi tərəfindən təsdiqləndikdən sonra “Starbase” rəsmi olaraq Texas bələdiyyəsi kimi qeydiyyatdan keçəcək”, – onun administratoru Remi Qarza bildirib.

Gundelik.az 

Exit mobile version