İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

İki təndə bir ürək-dostluq

    Dost olmaq istəsən birisiylə sən,         

 Gərək söz dinləyən bir dost seçəsən.

   İnsan ictimai bir varlıqdır. Həyatda yaşamaq üçün başqa insanlara və ünsiyyətə möhtacdır. Bu, ilahi qanundur. Tanrı insanı bu cür fitrətlə yaratmışdır. Dolayısı ilə, hər bir bəşər övladı həyatın enişli-yoxuşlu yollarında qarşısına çıxan maddi-mənəvi əngəllərin öhdəsindən gəlmək üçün başqa insanların maddi-mənəvi yardımına ehtiyac duyur.

    Elə insanlar vardır ki, özümüzü onlara daha yaxın hiss edirik. Çünki onlar bizim dost və yoldaşlarımızdır. Nə vaxt çətinə düşsək, elə o an  köməyimizə çatırlar.

 Dost sözü fars mənşəli olub “sevilən adam, yoldaş, sevgili, yar” mənalarını verir. Dini ədəbiyyatda bu məfhum “sədaqət, üxuvvət, söhbət” kəlmələri ilə ifadə edilir. Sədaqətli və səmimi insanlara “dost” deyilir. Dostluq insanlar arasında sevgi və səmimiyyətə söykənən qırılmaz münasibətlər məcmusudur. Dostsuz, yoldaşsız yaşamaq çətindir. Həyat dostlar və səmimi insanlarla mənalı olur. Ülvi ideallara könül vermiş insanlar üçün isə dostun yeri bambaşqadır.

     30 İyul-Beynəlxalq Dostluq Günüdür. Bu gün 24 aprel 2011-ci ildə BMT-nin qərarı ilə təsis olunmuşdur. Bütün planetin marağında olan Beynəlxalq Dostluq Günü əsasən zorakılığa qarşı olmaqla, mədəniyyətlərin dostluğunu nümayiş etdirir. BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. Bu münasibətlə Baş Məclis tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə  bütün  dünya insanlarının ən nəcib və misilsiz hisslərinin  təzahürü olan dostluğun aktuallığı və böyük əhəmiyyəti vurğulamışdır.

  Baş  Məclis qurumun  üzvü olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür.

     Bakı, 6 may BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir.

Baş Məclis bu münasibətlə yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulamışdır.

    Xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etməyi qərara almışdır.

   Baş Məclis qurumun üzvü olan bütün ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun, o cümlədən maarifləndirmə və ictimaiyyətin məlumatlılığını artırmaq üzrə tədbirlər vasitəsilə lazımi qaydada qeyd etməyi məsləhət görmüşdür.

Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bayramın tarixi məlum deyil. 30 iyulda dostlar dostları xatırlayır, onların yardım və rəğbətini yüksək qiymətləndirərək, xüsusi təşəkkürlərini bildirlər.

Sevgi və dostluq – bunlarsız insanların dünyada mövcudluğu mənasızdır. Öz dostunu qiymətləndirməyi hər kəs bacarmır. Psixoloqların gəldiyi qənaətə görə, bu iki məvhum əsl incəsənətdi, hansı ki, onların üzərində daim işləmək tələb olunur.

Leonardo da Vinci dediyi kimi: “Kimki istəyir onun sadiq dostları olsun, o zaman dostlarının ehtiyac və istəklərinə qarşı mehriban, səbrli, tolerant davranmalıdır”.

Dostların bayramı mübarək.

    Bu tarix dünyada qeyri-rəsmi bayram kimi qeyd olunur. Bütün xalqlar hər zaman ən böyük mənəvi dəyərlərdən biri sayılan dostluğa önəm verir. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə dostluğa həsr olunmuş bayramlar mövcuddur.

2011-ci ildə bu günün xalqlar, ölkələr, mədəniyyətlər və ayrı-ayrı şəxslər arasında dostluğun sülhün təmin olunması uğrunda səylər göstərməyə ruhlandıra biləcəyini nəzərə alan Baş Məclis iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etməyi qərara alır.

  Çoxcəhətli münasibətlər toplusu mənəviyyat, mənəvi təmizlik, paklıq adlanır. Bu münasibətlər öz növbəsində  sizdən sədaqət, vətəni sevmək və onun müdafiəsinə hazır olmaq, ictimai-faydalı, məhsuldar əməkdə vicdanla iştirak etmək, insanlara, təbiətə, əşyalarara qayğı göstətmək, kollektivdə işləməyi bacarmaq, bir-birinə qayğı göstərmək, dostu-yoldaşı, insanları dar ayaqda qoymamaq tələb edir.

Dostluq və yoldaşlıq gözəl keyfiyyət olub, insanların həyatında, cəmiyyətdə böyük rol oynayır.

    Xoşbəxtlikdən soruşdurlar:

   -Hara gedirsən?

   Dedi:

   -Dostluq olan yerə.

Məşhur yunan riyaziyyatçısı Pifaqor dostu “ikinci mən” adlandırırdı. Böyük  Çin filosofu Syun Tszı isə deyirdi: “Kim mənim səhvlərimi düzgün göstərirsə,  o mənim müəllimim, kim mənim düz hərəkətlərimə doğru qiymət verirsə, o mənim dostum, kim mənə yaltaqlanırsa, o mənim düşmənimdir”.

Dostluqda etibar etməyi güvənməyi, güzəştə getməyi, tənqid etməyi bacarmaq lazımdır. Çünki  dostluğun birinci şərti etibardır. İnamsızlıq başlanan yerdə dostluq qurtarır. Dost tənqidindən incimək olmaz.  Aqillər deyiblər: “Düşmənin  yaltaq səsi dostun  danlağından qorxuludur”, “Tərif dostluğa ziyan vurur”.

Dünyada dostluqdan yaxşı heç bir şey yoxdur, onsuz yer üzü sanki, günəşdən məhrum olardı. Ağac kökləri, insan dostları ilə yaşayır. Dost yoluna gedən yol uzun olmur. Qardaş da dost olsa yaxşıdır. Dostluq, yoldaşlıq anlayışları daha böyük məna ifadə edir. Xalqların, dövlətlərin dostluğu sülhün qorunması deməkdir. Xalqlar və millətlər arasında  dostluq və əməkdaşlıq hər bir vətəndaşa həyatı gözəllik qanunları əsasında qurmağa şərait yaradır.

               Uluların yolunun gərək qulu olasan,

               Ülviyyətə yüksəlib, sən də ulu olasan,

               Elə sadiq dost ara, səni darda qoymasın,

               Çəkib tordan çıxarsın, səni torda qoymasın.

               Yaxşı ad qazanmış gözəl dost ara,

               Ondan yetişərsən ağ günə, vara.

               Xoş ətirli bir dost yaxşıdır, inan,

               Hərzə-hərzə durub danışanlardan.

   Dostluq yoldaşlıq əsasında yaranır. İnsan öz təbiəti etibarı ilə ictimai varlıq olduğundan onun tam xoşbəxtliyi sədaqətli dostlarının xoşbəxtliyi, həmkarlarının səadəti ilə bir yerdə olur. İnsanın yoldaşı çox, dostu isə az olur. Çünki sədaqətli adamları seçmək olduqca çətindir. Onları böyük imtahanlardan, sınaqlardan keçirmək lazım gəlir. Bütün varlıq və yoxluqlar dostluqla bağlıdır. Ən çətin və ən ağır günlərdə insanın əlindən tutan, köməyinə gələn dostudur. Gözəl deyimdir: “Dünyada fəxr ediləsi bir şey varsa, o da sədaqətli dostdur”,  “Dost dostunun kiçik nöqsanlarını ona irad tutmamalı, bütün insanlarda ola biləcək kiçik xətalara göz yummalıdır. Dost iki cür olur: əsl dost, yalançı dost. Biz bunları fərqləndirməyi öyrənməliyik. Çünki in

san həyatında  əsl, həqiqi dostun əhəmiyyəti əvəzsizdir.

   Dostluq elə bir sərvətdir ki, kimlər  həyatımıza  gəlsə də  onun  yeri həç  vaxt  dəyişməyərək  qalacaq. Dostluğa nə qul, nə ağa lazımdır. O, bərabərliyi sevir. Bəzən dostluqlar  adi  bir  səbəbdən bitə  bilir. Bunu hər  iki  tərəf də qəbul etməsə də, bəzən  qurur  hissi bunu  bitirə bilir, bəzən də başqa  birinin tək  bir  sözü, müəyyən anlaşılmazlıqlar… Bizlər bilib-bilmədən  dostluğu bitirməyə  qarşı olmalıyıq. Nöqsansız dost axtaran dostsuz qalar.

    Həyatda bəzi  anlar  vardır ki, o anlarda dost və düşmənini tanıya  bilirsən. Məncə dost  şad  gündə tanınır, çünki  dar  gündə hamı  yanında olur. Ancaq sevincli  gününə hamı sevinə  bilməz.

“Dost sarğı kimidir. Yapışdırarkən yaranı sarar amma çıxararkən canı yandırıb yaxar”…

     İnsanın yardımda olan fiziki ehtiyacı sadəcə həyatında xırda bir şey ola bilər, lakin onlar çox böyük məna daşıyır. İnsanlar stress situassiyasında, depressiyada olanda, məhz mənəvi ehtiyaclar çox vacibdrir. Əsl dostluğun heç bir qaydası yoxdur, dostlar öz qaydalarını özləri qurur. Çünki bu onların şəxsi münasibətləridir. Əlbəttə ki, dostluqda əsas odur ki, yardım lazım olarkən ondan istifadə etdiyiniz kimi, əvəzində də dayaq durmaq və yardım etməkdir.

 Dostluq həyatın ən gözəl anlamıdır. O qədər dəyərli bir münasibətdir ki…Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır. Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir. Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir.

   Hansı insanın qəlbində məhəbbət, səmimiyyət yuva salıbsa, o insanın dostu çox olar. Qəlbində nifrət, kin olan kəsin dostu olmaz. Hər münasibət qurduğun insana da dost demək olmaz. Bu insanlar içərisində sənin qəlbinə yaxın olan, səni başa düşən, sənin səhvini üzünə deyən insanla dostluq etmək olar. Əsl dost dar gündə tanınar. Əgər o əsl dostdursa, səni darda qoymayacaq, sənin sözünü başqasına deməyəcək, sənin arxanca danışmayacaq. Əsl dost sənin pis günündə də, şad günündə də yanında olmalıdır. Əsl dost bir-birinə güzəştə getməyi, bir-birini bağışlamağı bacarmalıdır. Dostluq  fədakarlıqdır. Özünə  belə  etiraf  edə  bilmədiyin  sirrini, yaşadığın hər  anı  bilən,sənə mənəvi  dayağ  olan, Üzüntülü  anında belə  üzünü bir anlığa da olsa güldürə biləndir dost. Sənin dərdini  özününki  bilən,yaşadığın  hər  anı  səninlə  yaşayan  etibarlı bir  ürəkdir. Həyatda  hamıya  inam, etibar olmaz  dost  elə bir  seydir ki, ona gözü  bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox  önəmlidir.

   Dörd dost var ki, onları sadiq dostlar  adlandırmaq olar: Köməkçi dost; Xeyirxah məsləhətçi dost; Həm sevincə, həm də kədərə şərik dost;  Canıyanan dost.

    Köməkçi dostu dörd səbəbə  görə sadiq adlandırmaq olar: Sən arxasız   olanda, o sənə arxa olur, sən çətinliyə düşəndə o sənin əmlakını qoruyur, sən qorxuya düşəndə o sənə sığınacaq olur, hər bir işində sənə kömək, dayaq  olur.

     Həm sevincə, həm də dərdə şərik dostu bu səbəblərə görə sadiq dost adlandırmaq olar. O, sirrini sənə etibar edir, sənin sirlərini də sirr olaraq saxlayır. Sən çətinliyə düşdükdə o səni tərk etmir, kömək edir.

Xeyirxah məsləhətçi dostu dörd səbəbə dörd səbəbə görə sadiq dost adlandırmaq olar. O, səni pis işlərdən çəkindirir, yaxşı işlərə sövq edir. O, sənə əvvəl bilmədiyin şeyləri öyrədir və sənin üçün yaxşılığa doğru yollar açır.

    Canıyanan dostu dörd səbəbə görə sadiq dost adlandırmaq olar. O, sənin üzüntülərinə sevinmir, heç kimə imkan vermir ki, səni pisləsinlər. O, səni tərif edər və hər zaman uca tutar.

              Bir olsa yoldaşın, dostun əməli,

               Daşdan su çıxardar onların əli.

              Nifaq olan yerdə fəlakət də var,

              Səadət günəşi birlikdən doğar.

                                          N.Gəncəvi

AYNUR TURAN 

Gundelik.az