Zirvə görüşünün Xankəndidə keçirilməsini Azərbaycanın sülh, dayanıqlı inkişaf və regional inteqrasiyaya can atması kimi qiymətləndirik.
Gundelik.az xəbər verir ki, bunu Qazaxıstanın baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə-görüşündə deyib.
“Sözsüz ki, dost Azərbaycanın sədrliyi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü regional tərəfdaşlığın inkişafına yeni təkan vermiş olacaq”, – deyə o bildirib.
Gundelik.az
