Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motor” şirkəti avtomobil satışlarının artması hesabına ikinci rübdə rekord gəlir əldə edib.
Gundelik.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin aprel-iyun aylarında onun gəliri illik müqayisədə 7,3% artaraq 48,3 trilyon von (35 milyard dollar) təşkil edib.
Şirkətin son rübdə xalis mənfəət yüzdə 22,1 azalaraq 3,25 trilyon von olub.
“Bloomberg” xəbər verir ki, “Hyundai”nin əməliyyat mənfəəti analitiklərin 3,5 trilyon von konsensus proqnozu ilə müqayisədə 15,8 faiz azalaraq 3,6 trilyon von olub.
Gundelik.az

