Gundelik.az Xəbərlər İqtisadiyyat Baş bankir iqtisadçıları başına topladı – Nələr müzakirə edildi?
İqtisadiyyat Xəbərlər

Baş bankir iqtisadçıları başına topladı – Nələr müzakirə edildi?

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iqtisadçı ekspertlərlə növbəti dəfə görüşüb.

Bu barədə Gundelik.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb.

Görüş zamanı həmçinin Mərkəzi Bank tərəfindən hazırlanmış yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.

Gundelik.az

Exit mobile version