ABŞ, İsrail və İran arasında əldə olunan atəşkəs bölgədə yeni bir mərhələnin başlanğıcını göstərir. Amma Hörmüz boğazı ətrafındakı qeyri-müəyyənlik və sahədəki kövrək vəziyyət böhranın tam bitmədiyini göstərir. Ekspertlərə görə, mövcud vəziyyət enerji bazarlarında daha ehtiyatlı və daha bahalı bir dövrün başlanğıcıdır.
ABŞ–İsrail və İran arasında 8 aprel tarixində əldə olunan atəşkəs, gərginliyi tam bitirməkdən çox, yeni bir prosesin başlanğıcı kimi görünür. Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra tərəflərin yenidən danışıqlara başlaması gözlənilir. Amma sahədə baş verənlər bu prosesin hələ də çox kövrək olduğunu göstərir.
İsrailin Livanı atəşkəsdən kənarda saxladığını bildirməsi və hücumları davam etdirməsi münaqişənin fərqli cəbhələrdə sürdüyünü göstərir. Digər tərəfdən İran da Hörmüz boğazının yenidən bağlandığını açıqlayaraq Livan məsələsinin də razılaşmaya daxil edilməsini tələb edir.
Vaşinqtondan gələn açıqlamalar isə diplomatiya ilə yanaşı təzyiq dilinin də istifadə olunduğunu göstərir. ABŞ İranın boğazı açmalı olduğunu vurğulayır və əks halda daha sərt nəticələrin ola biləcəyini bildirir.
Bu vəziyyət tərəflərin yeni şərtlər irəli sürdüyünü və mövqelərini yenidən formalaşdırdığını göstərir. Yəni bu, keçid dövrüdür.
Qlobal enerji sisteminin “boğazı”
Hörmüz boğazı dünya enerji ticarətinin ən kritik nöqtələrindən biridir:
Gündə təxminən 20 milyon barrel neft buradan keçir (qlobal təchizatın təxminən 20%-i)
Gündə 250–275 min ton LNG (maye qaz) daşınır
Bu səbəbdən, boğazda kiçik bir problem belə bütün dünyaya təsir edir, xüsusilə Asiya ölkələrinə.
Bazarlara təsiri
Müharibənin əvvəlində:
Neft qiymətləri 119–120 dollara qədər qalxdı
Bəzi real satışlarda 150 dollara yaxınlaşdı
Atəşkəsdən sonra qiymətlər düşdü (təxminən 93 dollar), amma sonra yenidən 95–100 dollar aralığına qalxdı.
Bu göstərir ki, bazar yalnız indiki vəziyyətə yox, gələcək risklərə də reaksiya verir.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az

