Avqust 7, 2026
Baku
Dünya Xəbərlər

Hörmüz boğazında gəmiçilik rüsumlardan azad olacaq

İranla yekun razılaşma əldə olunana qədər Hörmüz boğazında gəmiçilik rüsumlardan azad olacaq.

Bu barədə Gundelik.az “Associated Press”ə istinadən xəbər verir.

Qeyd edilib ki, İslam Respublikasının Omanla bağladığı müqavilələrə uyğun olaraq, Hörmüz boğazının şimal və cənub dəhlizləri əvvəlcə fəaliyyətini davam etdirəcək.
Müqavilənin ikinci mərhələsində cənub və şimal marşrutları fəaliyyətini dayandıracaq və bütün gəmiçilik mərkəzi dəhlizə keçəcək. Gəmilərin girişi İranın, çıxışları isə İran və Omanın birgə nəzarəti altında olacaq.