Gundelik.az Dünya Hörmüz boğazı üçün ödəniş planı iddiası
Dünya Xəbərlər

Hörmüz boğazı üçün ödəniş planı iddiası

İran və Omanın Hörmüz boğazından keçən gəmilərdən inzibati ödənişlərin toplanmasını nəzərdə tutan planı ABŞ-a təqdim etdiyi iddia olunur. Təklif qəbul edilərsə, strateji su yolunun idarə olunması və istifadəsi ilə bağlı yeni mexanizm tətbiq oluna bilər.

ABŞ administrasiyası beynəlxalq su yollarından məcburi keçid haqqı alınmasına qarşı çıxır. Oman isə məcburi ödəniş deyil, boğazın saxlanılması və təhlükəsizliyinin təmin edilməsi üçün gəmiçilik şirkətlərindən könüllü ödənişlərin toplanmasını dəstəklədiyini bildirib.

Dünya üzrə neft və təbii qaz tədarükünün təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazının gələcək idarəetmə modeli ilə bağlı danışıqların davam etdiyi qeyd olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version