Hizbullah Livan hökumətini İranla rəsmi münasibətləri normallaşdırmağa və Tehranın dəstəyindən faydalanmağa çağırıb.
Hizbullah yazılı açıqlamasında İranın İsrailə raket hücumunun Livan xalqını İsrailin Livanı hədəf alan hücumlarından və atəşkəs pozuntularından qorumaq məqsədi daşıdığını iddia edib.
Bəyanatda deyilir ki, İran bu addımla Livana siyasi, mənəvi və yerində dəstəyini nümayiş etdirib və İsrail regional sabitliyi təmin etmək üçün beynəlxalq müqavilələrə əməl etməlidir.
Bəyanatda Yəməndəki Husi dəstəyinin də İsraili çəkindirmək üçün birgə səylərin bir hissəsi olduğu qeyd edilib və İranın heç bir qarşılıq gözləmədən Livanın yanında olduğu iddia edilib.
Bəyanatda bəzi Livan rəsmilərinin İrana qarşı tənqidləri rədd edilərək, bu mövqeyin Livanın maraqlarına zidd olduğu və yalnız İsrailə xidmət etdiyi iddia edilib.
Bəyanatda deyilirdi: “Livan hökumətini İranla rəsmi münasibətlərini hər iki ölkənin maraqlarına xidmət edən şəkildə normallaşdırmağa və milli məqsədlərimizə çatmaqda Tehranın dəstəyindən faydalanmağa çağırırıq”.
Bəyanatın sonunda Hizbullah İran hökumətinə və xalqına təşəkkür edərək, Livanın hüquqlarını “müqavimət yolu ilə” müdafiə etməyə davam edəcəyini bildirib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az
