8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Hasanzadeh Events Group” tərəfindən “Qadınlara Hörmət, Böyüklərə Qayğı” adlı sosial təşəbbüs həyata keçirildi. Layihə Şəfəq Həsənzadənin rəhbərliyi ilə ərsəyə gələrək cəmiyyətimizdə qadınlara ehtiramın və ahıllara qayğının vacibliyini bir daha ön plana çıxardı. Təşəbbüs çərçivəsində Milli Məclisin deputatı Vüqar İskəndərov, Əməkdar artist Mehriban Xanlarova və idmançı Şükran Soltanov “Hasanzadeh Events Group”-un əməkdaşları ilə birlikdə “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” nin “Ahıllar üçün Günərzi Qayğı Mərkəzi” ni ziyarət etdilər. Ziyarət zamanı mərkəzin sakinləri ilə səmimi görüş keçirildi, onlara hədiyyələr və gül dəstələri təqdim olundu. Səmimi söhbətlər, xoş arzular və qayğı dolu münasibət günü daha da mənalı və yaddaqalan etdi.Bu təşəbbüs bir daha göstərdi ki, qadınlara hörmət və böyüklərə qayğı milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Cəmiyyət olaraq birlik, diqqət və mərhəmət göstərdikcə, sosial həmrəylik daha da möhkəmlənir.
Səmimi tədbiri açıq elan edən Azərbaycan Respublikasının Əməkdar artisti Mehriban Xanlarova ilk olaraq söhbətə keçid aldı: Bu gün burada olmaq mənim üçün böyük şərəf və qürurdur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə belə mənalı təşəbbüsün həyata keçirilməsi qadınlara və böyüklərimizə göstərilən hörmətin bariz nümunəsidir. Əziz analarımız və nənələrimiz, siz bizim mənəvi dayağımız, həyat məktəbimizsiniz. Sizin dualarınız, həyat təcrübəniz bizim üçün ən böyük sərvətdir.Bu gözəl təşəbbüsə görə “Hasanzadeh Events Group”-un rəhbəri Şəfəq xanıma dərin təşəkkürümü bildirirəm. Qoy bu diqqət və qayğı hər zaman davamlı olsun. Bayramınız mübarək!
İnsanlardan hər zaman diqqət və qayğısını əsirgəməyən böyük şəxsiyyət Milli Məclisin deputatı Vüqar İskəndərov da qonaqları və onların simasında Azərbaycan qadınını təbrik edərək vurğuladı:
Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan bu təşəbbüs yalnız sosial deyil, eyni zamanda, dərin ictimai və mənəvi məna daşıyır. Dövlətimizin siyasətində qadınlara diqqət və ahıllara qayğı hər zaman prioritet istiqamətlərdən biri olub. Bu kimi layihələr isə həmin siyasətin cəmiyyət içində real təzahürüdür. Ölkəmizdə humanizm və mərhəmət prinsipləri daim yüksək tutulur. Bu istiqamətdə ölkəmizin birinci xanımı, vitse- prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən çoxsaylı sosial təşəbbüslər hər birimiz üçün örnəkdir. Xüsusilə həssas təbəqələrə, qadınlara və ahıllara göstərilən diqqət dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün görürük ki, “Hasanzadeh Events Group”-un rəhbəri Şəfəq xanım da məhz bu humanist və xeyirxah yolun davamçısı kimi fəaliyyət göstərir. “Qadınlara Hörmət, Böyüklərə Qayğı” təşəbbüsü cəmiyyətimizdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir və olduqca təqdirəlayiqdir. Əminəm ki, bu kimi layihələr gələcəkdə də davamlı olacaq və dövlətimizin sosial siyasətinə dəyərli töhfələr verəcəkdir. Bayram münasibətilə bütün xanımları ürəkdən təbrik edir, hər birinə sağlamlıq və xoşbəxtlik arzulayıram.
tədbirin digər sevimli siması, İdmançı, model Şükran Soltanov da öz çıxışı ilə qadınları etdi:
Bu gün burada olmaq mənim üçün həm qürurverici, həm də çox duyğuludur. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə dəyərli analarımızı və nənələrimizi ziyarət etmək böyük xoşbəxtlikdir. Sizlərin həyat yolu, gücü və səbriniz biz gənclərə örnəkdir. Qazandığımız hər uğurda anaların zəhməti və duaları dayanır. Bu mənalı təşəbbüsə görə “Hasanzadeh Events Group” -un rəhbəri Şəfəq xanıma təşəkkürümü bildirirəm. Qadınlara Hörmət və Böyüklərə Qayğı hər zaman həyatımızın ayrılmaz hissəsi olsun. Bayramınız mübarək!
“Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi”nin sədri,”Səday Qayğı Mərkəzi”nin rəhbəri Aynur Zülfüqarova da çıxış edənlər sırasında idi: Bu gün burada yaşanan sevinc və diqqət bizim üçün olduqca dəyərlidir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ahıllarımıza göstərilən bu qayğı və ehtiram hər birimizi qürurlandırır. “Qadınların və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri və “Səday Qayğı Mərkəzi”nin rəhbəri olaraq Hasanzadeh Events Group-un rəhbəri Şəfəq xanıma dərin təşəkkürümü bildirirəm. Bu təşəbbüs bir daha sübut edir ki, cəmiyyətimizin əsas dayağı mərhəmət, diqqət və sosial həmrəylikdir. Ahıllarımıza göstərilən sevgi və ehtiram onların qəlbində böyük sevinc yaratdı. Bu nəcib missiyada yanımızda olduğunuz üçün minnətdarıq. Ümid edirəm ki, bu kimi xeyirxah təşəbbüslər davamlı olacaq və birlikdə daha çox ürəyə toxuna biləcəyik. Bir daha təşəkkür edir, hər kəsə uğurlar arzulayıram.
Sonda “Hasanzadeh Events Group” un rəhbəri Şəfəq xanım öz çıxışında “Qadınlara hörmət, böyüklərə qayğı” sosial təşəbbüsünün ərsəyə gəlməsində göstərilən təşkilati dəstəyə görə “Xonça” və “Azərçay”a dərin təşəkkürünü bildirdi O, sözzlərinə əlvə edərək, Sosial layihələrə verilən bu cür dəstək cəmiyyətimizdə həmrəyliyin və xeyirxahlıq ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir. Minnətdarlığımızı bildirir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq, deyə əlavə etdi.
Tədbirin təəsuratı uzunmüddətli və yaddaqalan oldu.

Gundelik.az