Gundelik.az Dünya Hakan Fidan: ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdırlar
Dünya Siyasət Xəbərlər

Hakan Fidan: ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdırlar

ABŞ və İran nüvə sazişi ilə bağlı güzəştə getməyə hazırdırlar və Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması tələbindən imtina edə bilər.

Gundelik.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Müsbət cəhət odur ki, amerikalılar İranda uranın zənginləşdirilməsinə aydın şəkildə müəyyən edilmiş limitlər daxilində icazə verməyə hazır görünürlər. İranlılar indi amerikalılarla razılığa gəlməli olduqlarını anlayırlar və amerikalılar iranlıların öz limitlərinin olduğunu başa düşürlər. ABŞ-nin İranın nüvə proqramı ilə bağlı danışıqlarda ona qarşı həddindən artıq tələbləri danışıqların iflasına və Yaxın Şərqdə yeni münaqişə mərhələsinə səbəb ola bilərdi“, – deyə o qeyd edib.

Exit mobile version