NASA ilk dəfə kosmosda hərəkət edən qara dəlik kəşf etdiyini açıqlayıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir, bununla bağlı NASA alimləri Samanyolu qalaktikasının ətrafında dolaşan ilk qara dəliyin şəklini çəkiblər.
Məlumata görə, təxminən 7,1 günəş kütləsi olan və 4958 işıq ili uzaqlıqda yerləşən qara dəliyin kosmosda saniyədə 51 kilometr sürətlə hərəkət edir.
Bildirilib ki, bu cisim qravitasiya mikrolinzasiyası adlanan üsulla arxasındakı bir ulduzdan gələn işığı müvəqqəti olaraq təhrif etməklə aşkar edilib.
Gundelik.az

