Gundelik.az Xəbərlər İqtisadiyyat Gürcüstan Azərbaycandan qaz alışını artırıb
İqtisadiyyat Xəbərlər

Gürcüstan Azərbaycandan qaz alışını artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 151 milyon ABŞ dolları dəyərində 1,3 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Gundelik.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 48,9 milyon ABŞ dolları və ya 48%, həcm baxımından isə 730,3 milyon kubmetr və ya 2,2 dəfə artırıb.

Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 102,057 milyon ABŞ dolları dəyərində təqribən 600 milyon kubmetr təbii qaz satmışdı.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Gundelik.az

Exit mobile version