İyul 8, 2026
Baku
Müsahibə Siyasət

Gürcüstanda baş verən siyasi prosseslər Azərbaycanın regional əməkdaşlığına necə təsir edə bilər?

Peşəkar polioloq Rəşad Bayramov məsələyə aydınlıq gətirib.

Gürcüstanda 2025-ci ilin payzində keçiriləcək yerli seçkilər ərəfəsində siyasi vəziyyətin gərginləşməsi gözləniləndir.  Qütbləşmiş  cəmiyyət və hakim “Gürcü Arzusu”  partiyası ilə müxalifət qüvvələri  arasında davam edən  fikir ayrılıqları fonunda ölkədə sabitliyi pozmaq cəhdləri ilə bağlı ittihamların daha da gücləndiyini müşahidə edirik. Mövcud hakimiyyətə qarşı ümumi məqsədlə birləşən müxalifət partiyalarının fəaliyyətini gücləndirdiyi də müşahidə olunmaqdadır. Şübhəsiz  ki,  bu aktivlik Gürcüstanın geosiyasi kursunu dəyişməyə çalışan Qərb qüvvələrinin fəal dəstəyi ilə baş verir. Amma Gürcüstanda siyasi cəbhədə nə baş verməsindən asılı olmayaraq, bunun Azərbaycanla münasibətlərə və regional əməkdaşlığa böyük ölçüdə elə bir təsirinin olacağı gözlənilmir. Yəni  Zviad Qamsaxurdiya dövrünün çıxmaq şərtiylə, Gürcüstanda hakimiyyətdə kimin, hansı qüvvələrin olmasından asılı olmayaraGürcüstada baş verən q,  Azərbaycanla olan münasibətlərin qorunub saxlanması və inkişaf etdirilməsi hər zaman prioritet olub.

   Zviad Qamsaxurdiya dövri isə başa düşülən idi. Ölkələr arasında iqtisadi baxımından əlaqələr zəif idi, lakin sonrakı dövrdə  “Bakı -Tibilisi qaz, dəmir yolu”, “Neft kəməri”,  “Bakı –Tibilisi-Ərzurum qaz kəməri” layihələri və s. işə düşdü. Bütün bunlar, o cümlədən də, Azərbaycanın Gürcüstanın enerji təminatında və enerji təhlükəsizliyində oynadığı rol Gürcüstan Azərbaycan əlaqələrini ən səviyyə qaldırdı. Bizim Gürcüstanda indiki hakimiyyətin müxalifəti olan Mikheil Saakashvili vaxtında da əlaqələrimiz ən yaxşı səviyyədə idi. İndi də ən yaxşı səviyyədədir,  yəni başqa sözlə, Gürcüstan əlaqələrində Gürcüstanda kimin hakimiyyəti olmasının böyük ölçüdə elə bir rolu yoxdur. Gürcüstanda istənilən hakimiyyət hər hansı üçüncü dövlətin maraqlarından yox, öz dövlət maraqlarından çıxış etməyə davam edəcəyi halda orada baş verən siyasi proseslərin Azərbaycanla regional əməkdaşlığa hər hansı bir təsiri olmayacaq.

AYNUR TURAN

Gundelik.az