İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Gürcüstan Qərb səfirlərini ölkədən çıxarır?

Gürcüstan parlamentində çoxluğun lideri İrakli Kirtsxaliya bildirib ki, Qərb səfirlərinin bəzi hərəkətləri diplomatik sərhədləri aşaraq ölkənin daxili işlərinə müdaxilə təəssüratı yaratsa da, onların ölkədən çıxarılması barədə qərar qəbul etmək məqsədəuyğun deyil.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Bu cür addım konkret ölkələrlə münasibətlərə mənfi təsir göstərə və diplomatik gərginliyə səbəb ola bilər. Buna görə də biz dostluq münasibətlərini qorumağa çalışırıq və mövcud vəziyyətin müvəqqəti xarakter daşıdığını düşünürük,” – Kirtsxaliya çərşənbə axşamı keçirdiyi brifinqdə deyib.

Həmin gün Gürcüstan Xarici İşlər Nazirliyində Tbilisidə akkreditə olunmuş səfirlərlə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə oktyabrın 4-də bir qrup radikalın prezident iqamətgahına hücum cəhdi zamanı baş verən hadisələr müzakirə olunub.

Gürcüstan KİV-lərinin məlumatına əsasən, görüşdən sonra səfirlər jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

Gundelik.az