Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən “Google” burada 4 milyard dollarlıq məlumat mərkəzi və süni intellekt infrastrukturu quracaq
Kateqoriya seçilməyən

“Google” burada 4 milyard dollarlıq məlumat mərkəzi və süni intellekt infrastrukturu quracaq

“Google” şirkəti (Alphabet Inc.-ə məxsus) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Arkanzas ştatında məlumat mərkəzinin inşasına, eləcə də bulud və süni intellekt infrastrukturunun yaradılmasına 4 milyard dollar sərmayə yatırmağı planlaşdırır.

Bu barədə Gundelik.az şirkətə istinadən xəbər verir

Şirkətin açıqlamasına görə, Vest Memfis şəhərində inşa ediləcək bu mərkəz Google-un Arkanzasdakı ilk məlumat mərkəzi olacaq. İnvestisiya proqramı 2027-ci ilin sonuna qədər davam edəcək və ştatın elektrik şəbəkəsinin dayanıqlığının artırılmasını da əhatə edəcək.

Bundan əlavə, “Google” enerji səmərəliliyi təşəbbüslərinə dəstək göstərmək üçün xüsusi fonda 25 milyon dollar ayıracaq. Şirkət, həmçinin Entergy Arkansas ilə birgə günəş enerjisi layihəsinə başlamağı nəzərdə tutur.

Məlumatın yayılmasından sonra Alphabet-in səhmləri cümə axşamı günortadan sonrakı ticarətdə 0,2% bahalaşıb. İlin əvvəlindən etibarən şirkətin səhmlərinin ümumi dəyəri təxminən 30% artıb.

Gundelik.az 

Exit mobile version