Gundelik.az Ölkə Generalın oğlu işdən çıxarıldı
Ölkə Xəbərlər

Generalın oğlu işdən çıxarıldı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

Gundelik.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

Exit mobile version