İyul 8, 2026
Baku
⁠Ailə, qadın və uşaq Mədəniyyət və cəmiyyət

Gender bərabərliyi

İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hüququ olmaq, qanadlı quş olub mavi səmanın ənginliklərində pərvazlanıb uçmaq kimidir. İnsan kimi var olmaq özü bir xoşbəxtlikdir. Tanrı insanı Yer üzünün əşrəfi yaradıb və ona duymaq, hiss etmək, sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır. İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur.

  İnsan hüquqları, ümumiyyətlə, ayrılmaz, təməl hüquqlar kimi “bir insana, sadəcə, insan olduğuna görə sahib olduğu” və “bütün insanlara xas olan” əsas hüquqlar kimi başa düşülür. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.

İnsan hüquqları dedikdə, insan hüquqları və vətəndaş hüquqları başa düşülür:

1) şəxsi + siyasi; 2) sosial və iqtisadi; 3) mədəni + kollektiv.

Şəxsi hüquqlar hər kəsin hüququdur və həyatın, ləyaqətin və insan azadlığının qorunması üçün zəruridir. Şəxsi hüquqlar dedikdə, qanun qarşısında bərabərlik nəzərdə tutulur. Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir. Bu prinsipin pozulması ayrı-seçkilik adlanır. Bərabərlik insan hüquqlarını və məhdudiyyətlərini ehtiva edir.

İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır.

 Qızlar və oğlanlar hər gün öz evlərində və icmalarında –mediada və onlara qayğ; göstərən böyüklər arasında gender bərabərsizliyini görürlər. Əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif yerində qadınlar haqsızlığa, zorakılığa, şiddətə məruz qalırlar. Gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də dinc, firavan və davamlı dünya üçün zəruri təməldir. Son onilliklər ərzində müəyyən irəliləyişlər var: daha çox qız məktəbə gedir, daha az qız erkən nikaha məcbur edilir, daha çox qadın parlamentdə və rəhbər vəzifələrdə çalışır və gender bərabərliyini artırmaq üçün qanunlarda islahatlar aparılır. İstənilən cəmiyyətin tərkibi qadın və kişilərdən ibarətdir. Bu cinslər arasında dəyişməz bioloji və fizioloji fərqlər mövcuddur. Amma, bu o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer də, sabit olaraq qalmalıdır. Bununla belə, insanın yaranışından keçən dövrü ərzində bu iki cins arasında münasibətlər hər zaman eyni olmayıb. Bəşəriyyət inkişaf etdikcə, bu münasibətlər də dəyişərək, müəyyən system halına salınıb. Dövlətlər, sivilizasiya inkişaf etdikcə, cəmiyyətdə qadınların və kişilərin bərabərlik prinsipləri daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Qadınlar öz hüquqlarının və bərabərliyinin bərqərar olması üçün müxtəlif hərəkatlar yaradıblar və nəhayətdə bir çox dünya dövlətlərində cəmiyyətin bərabərhüquqlu üzvünə çevriliblər.

Dünyada qadın hərəkatının tarixi, bu sahədə əldə edilən nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolu da sürətlə dəyişib. Qadınlar cəmiyyət həyatının bütün sahələrində öz imkan və bacarıqlarını nümayiş etdirməyə nail olublar. Yeni texnoloji nailiyyətlər isə qadınlara həm məişətdə, həm də istehsalatda oynadığı rolu daha da genişləndirimək imkanı qazandırıb. Ötən əsrin sonlarında isə “Gender” anlayışı formalaşdı ki, bunu da sosioloqlar “Sosial Cins” kimi xarakterizə edirlər. İki əsrə yaxındır dünya xalqlarının leksikonuna gətirilən “gender” anlayışının əsasında da qadın hərəkatları durur. Bu terminin bir çox tərifi məlumdur. Lakin ümumiləşdirilmiş şəkildə “gender” anlayışı altında qadın və kişilərin cəmiyyətdəki sosial rolu nəzərdə tutulur – qadın və kişilər arasında sosial bərabərlik gender bərabərliyi kimi qəbul edilir. Azərbaycanda gender problemi, yəni qadın və kişilərin hüquq bərabərliyinin təmin edilməsi məsələsi 103 il əvvəl Şərqdə ilk demokratik respublika olan Şərqdə ilk dəfə qadınların seçki hüququnu tanıyıb. Kişilərlə bərabər qadınlar da səsvermədə və cəmiyyət problemlərinin həllində iştirak eməyə başlayıblar. AXC- nin varisi olan Azərbaycan Respublikası da gender məsələsinə olduqca həssas yanaşır. Bunun nəticəsidir ki, ölkəmizdə əsasən qadın hüquqlarının qorunması missiyasını daşıyan ayrıca bir dövlət qurumu – Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Komitə ölkə qadınlarının yaşadığı ən müxtəlif problemləri çox ciddi şəkildə çözməyə çalışır və bu əksər hallarda öz bəhrəsini verir. Bununla yanaşı ölkəmiz 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub və bu konvensiyalardan doğan vəzifələri uğurla həyata keçirir. Bununla yanaşı gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasını özündə əks etdirən “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” Qanun 2006-cı ildə qəbul edilib. Eyni zamanda, ölkə Konstitusiyasında və digər bır sıra hüquqi nörmativ sənədlərdə qadın hüquqlarının qorunması geniş şəkildə təsbit edilib. Lakin cəmiyyətdə gender bərabərliyinin bərqərar olması üçün qanunlar, digər hüquqi- normativ sənədlər, beynəlxalq konvensiyalar və s. kifayət etmir. Cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi üçün iş iki istiqamətdə aparılmalıdır – hüquqi- normativ və mənəvi əxlaqi. Yuxarıda sadaladığımız məsələlər Hüquqi-normativ kateqoriyasına aiddir ki, bu kateqoriyadakı vəzifələri dövlət orqanları qanunaəsaslanaraq həyata keçirir.  Mənəvi-əxlaqi kateqoriyaya daxil olan məsələlərin meyarı isə bir qədər mücərrəd və nisbi görünən əxlaqdır. Bir qədər konkretləşdirsək, Azərbaycan cəmiyyətində gender əsaslı problemlərin həllində vətəndaş cəmiyyətitəbliğatına böyük ehtiyac var. Düzdür, bir sıra vətəndaş cəmiyyəti təşkilatları var ki, qadın problemləri ilə birbaşa məşğuldur, onlara mənəvi-psixoloji yardım göstərir, problemli qadınlara sığınacaq verir və s. Bunlar, artıq problem ortada görünəndən, nəticə verəndən sonra baş verir. Lakin problemlərin baş verməsinə qədərki mərhələni bir tendensiya olaraq araşdırmaq və buna uyğun önləyici tədbirlərin həyata keçirilməsinə çalışan təşkilatlarımız çox azdır.

Azərbaycanda bu mentallaşma çox konsentrik şəkildə təzahür edir. Ona görə dəcəmiyyətdə mənəvi əsaslarla gender əsaslı problemlərin öyrənilməsi və mmaarifləndirmə yolu ilə aradan qaldırılması vacib məsələlərdən biridir. Biz nə qədər məntiqli və gözəl qanunlar qəbul etsək də, ailələrdə kişi-qadın bərabərliyini, yalnız qanunların gücü ilə təmin edə bilmərik. Buna görə də, vacibdir ki, ailələr bu istiqamətdə keyfiyyətli şəkildə maarifləndirilsinlər. Bir məsələni də vurğulamaq yerinə düşər ki, biz Azərbaycan cəmiyyətindən Avropadakı kimi gender bərabərliyi gözləməməliyik. Bu problemin həllində hər bir cəmiyyətin özünəməxsus xüsusiyyətləri var və onlar mütləq şəkildə nəzərə alınmalıdır. Yəni, prinsiplər eyni qaydada saxlanılır, lakin o prinsiplərin hansının nə qədər inkişaf potensialının olması fərqlənir. Həmin fərqlər müxtəlif ölkələrdə, həmin ölkənin mental xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırılır.

    Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. Bu problemlərin həllinə bütün bilik sahələri öz töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövlük olardı. Ona görə yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq humanistləşdirmək istiqamətində gərgün, fəal elmi axtarışlar aparmalı, müxtəlif mövqelər, nöqteyi- nəzərlər diqqətlə araşdırmalı, müxtəlif mövqelər, nöqteyi-nəzərlər diqqətlə araşdırmalı, optimal fəaliyyət istiqamətləri seçilməlidir.

Cəmiyyət sosiologiyanın mərkəzi kateqoriyalarından biridir. Sözün geniş mənasında cəmiyyət təbiətin spesifik bir hissəsi olmaqla, insanların həyat  fəaliyyətinin tarixən inkişaf edən formalarını özündə maddiləşdirən sosial dünyanın xüsusi sferasıdır. Konkret mənada isə “cəmiyyət” anlayışı özündə bəşər tarixinin müəyyən mərhələlərini (ictimai–iqtisadi formassiyaları, formassiyalararası və formassiyadaxili mərhələləri) və ya ayrıca, fərdi (konkret) cəmiyyəti özündə ehtiva edir. Hər bir şəxsiyyət təkrarolunmaz xüsusiyyətlərə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Şəxsiyyətin sosial tipi çox maraqlı və mürəkkəb məsələdir. Bəli, hər bir insan unikal və təkrarolunmaz varlıqdır. Dünyada eyni oxşarlıqda adam tapmaq qeyri-mümkündür. Buna baxmayaraq, insanlar arasında dərhal nəzərəçarpan fərqlər də mövcuddur. Bu, kişi ilə qadın arasındakı bənzərsizlikdir. Onların arasında xarici bənzərsizlikdən savayı, daxili bənzərsizlik də mövcuddur. Kişi ilə qadın arasındakı bənzərsizlik fizioloji əlamətlərdən daha çox psixoloji əlamətlərə görədir.Gender bərabərliyi — cinsi bərabərlik və ya cinslərin bərabərliyi kimi də tanınır.

Gender bərabərliyi, iqtisadi iştirak və qərarların qəbulu da daxil olmaqla, cinsindən asılı olmayaraq resurslara və imkanlara bərabər çıxış asanlığı vəziyyətidir. Eyni zamanda cinsindən asılı olmayaraq müxtəlif davranışları, istəkləri və ehtiyacları bərabər qiymətləndirmə vəziyyəti sayılır. UNICEF gender bərabərliyini “qadınlar və kişilər, qızlar və oğlanlar eyni hüquqlardan, resurslardan, imkanlardan və müdafiələrdən istifadə edirlər. Bu, qızların və oğlanların, qadınların və kişilərin eyni olmasını və ya onlara tam münasibət göstərilməsini tələb etmir. 2017-ci ildən etibarən gender bərabərliyi Birləşmiş Millətlər Təşkilatının on yeddi davamlı inkişaf məqsədindən (SDG 5) beşincisi hesab edilir. Gender bərabərliyi məqsəddir, gender neytrallığı və gender bərabərliyi isə məqsədə çatmağa kömək edən təcrübə və düşüncə tərzidir. Müəyyən bir vəziyyətdə gender tarazlığını ölçmək üçün istifadə edilən gender pariteti əsaslı gender bərabərliyinə nail olmağa kömək edə bilər, lakin özlüyündə məqsəd deyil. Gender bərabərliyi qadın hüquqları ilə güclü şəkildə bağlıdır və çox vaxt siyasət dəyişikliklərini tələb edir. UNFPA bəyan edib ki, “insan hüquqlarını təsdiq edən bir çox beynəlxalq müqavilələrə baxmayaraq, qadınların kasıb və savadsız olma ehtimalı hələ də kişilərə nisbətən daha yüksəkdir. Onların mülkiyyətə, kreditə, təlimə və məşğulluğa daha az çıxışı var. Bu, qismən, “qadınlar”ın arxaik stereotiplərindən qaynaqlanır. Qadınlar ailənin təminatçısı deyil, uşaq sahibi və evdar kimi damğalanması, onların siyasi cəhətdən aktiv olma ehtimalı kişilərə nisbətən daha azdır və məişət zorakılığının qurbanı olma ehtimalı daha yüksəkdir.

Gender bərabərliyi və insan inkişafı

Gender bərabərliyi özü-özlüyündə bir məqsəd olmasından əlavə, həm də yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün zəruri olan şərtdir. Kofi Annan, BMT keçmiş baş katibi İnsan inkişafı uzun, sağlam və yaradıcı həyat sürmək, dəyər verdikləri hər hansı məqsədlərə nail olmaq və hamı üçün ümumi olan planetdə ədalətli və dayanıqlı inkişafa fəal surətdə qoşulmaq üçün insanların azadlıqlarının genişləndirilməsi deməkdir. İnsanlar istər fərd kimi, istərsə də qrup olaraq insan inkişafının həm benefisiarları, həm də aparıcı qüvvələridir. İnsan İnkişafı Hesabatı, 2010-cu il

9.1 İnsan inkişafı, insan qabiliyyətləri və bərabərlik .

İnsan inkişafı həyatda qarşımızda duran seçimlərin genişləndirilməsindən ibarətdir. Təbii ki, insanların arzuladıqları, seçdikləri məqsədlər saysız-hesabsızdır və hətta eyni insanın arzu və məqsədləri zamanla dəyişə bilər. İnsan inkişafı nəzəriyyəsi bu müxtəlifliyin içərisindən ən zəruri üc seçimi belə müəyyən edir: uzun və sağlam həyat sürmək; istədiyi biliklərə yiyələnmək; ləyaqətli həyat üçün zəruri olan ehtiyatları əldə etmək Yuxarıda qeyd olunan seçimlər cinsi, yaşı, maliyyə durumu, dini, milli və sosial statusundan asılı olmayaraq hər insan üçün təmin olunmayınca, real insan inkişafına nail olmaq mümkün deyil. Artıq bildiyiniz kimi, insan inkişafı nəzəriyyəsinin mərkəzində insanlarin azad seçim anlayışı dayanır. Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasında görən bu yanaşma nədən məhz azad seçim məsələsinə bu qədər böyük diqqət yetirir? Məsələ burasındadır ki, insan inkişafı nəzəriyyəsi təkcə bərabər hüquq və imkanların yaradılması tələbi ilə kifayətlənməyərək məhz konkret insanların mövcud hüquq və imkanlardan istifadə etmək qabiliyyətində olmasını inkişafın əsas amili olaraq görür. İnsan inkişafı nəzəriyyəsinin ərsəyə gəlməsində mühüm rol oynayan Marta Nissbauma görə “insan qabiliyyətləri” (human capabilities) “insanların real həyatda istədiyinə nail olmaq və istədiyi fəaliyyətlə məşğul ola bilmək bacarığı1 BMTİP İnsan İnkişafı Hesabatı, 1999-cu il nı” əks etdirir. İnsan qabiliyyəti heç də həmişə sırf fərdi xüsusiyyətlərdən asılı deyil. İnsan inkişafı nəzəriyyəsinə əsasən insan qabiliyyəti bir sıra sosial, iqtisadi və mədəni amillərin təsiri nəticəsində əmələ gəlir. Bu amillər içərisində konkret sosial mühitdə insanların cinsi mənsubiyyətinə görə rastlaşdığı məhdudiyyətlər mühüm yer tutur. Gəlin bu yanaşmanı adi bir misalda araşdıraq. Böyük şəhərdə, qonşuluqda, oxşar iqtisadi və sosial şəraitdə üç qız böyüyür. Qızlar eyni orta məktəbi eyni qiymətlərlə bitirir. Lalə eyni ildə istədiyi ali təhsil müəssəsinə sənədləri təqdim edir. Səidə ali təhsil almaq istəyir, lakin ailəsi qız üçün ali təhsilin faydasız olduğunu düşünür. Ailəsinin qadağası nəticəsində Səidə arzusundan vaz keçməli olur. Cəmilə isə valideynləri ilə məsləhətləşib qərar verir ki, məktəbi bitirəndən sonra işə düzəlib ali təhsildə ixtisas seçimini bir ildən sonra etsin. Hər üç halda, milli qanunvericiliyə əsasən, qızların təhsil almaq hüququ var. Praktiki olaraq imkanlar da mövcuddur (şəhərdə onlarla ali təhsil ocağı fəaliyyət göstərir, hər üç qız kifayət qədər hazırlıqlı və biliklidir, ailələri maddi cəhətdən nçətinlik çəkmir). Fərq ondadır ki, Lalə mövcud hüquq və imkanlardan istifadə etmək qabiliyyətindədir, Cəmilədə də o qabiliyyət var, ondan istifadə etməmək seçimini özü verir. Lakin Səidədə azad seçim xarici məhdudiyyətlər nəticəsində alınmır. İnsan inkişafı nəzəriyyəsinə əsasən, inkişaf yalnız hər üç amilin – müəyyən ehtiyatlara (məsələn, təhsilin verdiyi biliklərə) yiyələnmək üçün hüquq, imkanın və qabiliyyətin olduğu şəraitdə yer tuta bilər. Beləliklə, insan inkişafı üçün əlverişli şəraitin olub-olmamasını öyrənmək məqsədi ilə biz bu üç amilin təsiri altinda formalaşan konkret həyat təcrübələrinə müraciət etməliyik.   Gətirdiyimiz misalda üç qız hüquq və imkanlardan istifadə etmək qabiliyyətlərinə görə bərabər şəraitdə deyil. Konkret ailə içərisində olan qərar vermə strukturu və qızlar üçün olan xüsusi qadağa Səidəni arzusuna çatmaqdan məhrum edir. Burada konkret sosial mühitdə (ailədə) müəyyən kateqoriyalı insanlara (qızlara) tətbiq olunan xüsusi qadağalar fərdin seçimini məhdudlaşdırır. Məhz bu qadağalar nəticəsində yaranan bərabərsizlik şəraitində müəyyən kateqoriyaya aid insanlar öz inkişafında ciddi əngəllərlə üzləşirlər. Seçimlərimizi məhdudlaşdıran müxtəlif faktorlar arasında cəmiyyətdə və ailədə bərqərar olan bərabərsizlik mərkəzi yer tutur. Qeyri-bərabər hüquq və imkanlar şəraitində seçimlərin genişləndirilməsi yalnız konkret kateqoriyalara aid insanlar üçün mümkün olur. Beləliklə, bərabərsizlik nəticəsində “insan inkişafı” yalnız konkret kateqoriyalı insanların inkişafı ilə əvəzlənir. Bəs qalanları necə? Təbii ki, cəmiyyət hər hansı bir kateqoriyanın qeyribərabər mövqeyinə bəraət qazandırırsa, bu kateqoriyaya aid insanların inkişafını məhdudlaşdıran formal və qeyri-formal qadağaları da adi bir hal olaraq qəbul edilir. Martha Nussbaum. Women and Human Development: The CapabilitiesApproach, Cambridge University Press, 2008, p. 5. Beləliklə, bərabərsizlik əsasında qurulan sosial münasibətlər “inkişaf hər bir insanın hüququdur” prinsipinə zidd çıxır və bütöv cəmiyyətin insan inkişafı yolunda addımlaması üçün ciddi əngəllər törədir. Bəzən insanlar mövcud bərabərsizlik qaydalarına qarşı çıxır, müqəddəratlarını öz əllərinə alaraq, qabiliyyətlərini artırırlar. Bu proses insan inkişafı nəzəriyyəsində “səlahiyyətlərin genişləndirilməsi” (“empowerment”) adlanır və bərabərsizlik şəraitində inkişafa nail olmağın ilkin əsasını təşkil edir. Bərabərsizlik bəzən ilk baxışdan müsbət təsir bağışlayan göstəricilər arxasında gizlənir. Təsəvvür edin ki, qızların yaşadığı şərti ölkədə Cəmilə və Lalədə olan təhsil almaq qabiliyyəti qızlar arasında cəmi 18%, oğlanlar arasında isə 75%-dir. Bu halda təhsil almaq hüququnun milli qanunvericilikdə təmin olunması, ölkədə çoxlu ali təhsil ocaqlarının fəaliyyət göstərməsi və hətta ildən ilə ali təhsil müəssisələrinə daxil olan tələbələrin artan sayı cəmiyyətdə bərqərar olan köklü bərabərsizlik şəraitini əks etdirmir. Məhz buna görə də qlobal, regional, milli və yerli səviyyədə inkişafın gedişatına aid göstəricilərin cins üzrə bölgüsüzəruridir, çünki bu cür gender statistikası bir çox hallarda ümumi statistikanın aydın açıqlamadığı problemləri nümayış etdirir. Yaşadığımız mühitdə biz hər gün sosial və iqtisadi bərabərsizliyin müxtəlif formaları ilə rastlaşırıq. Biz həmçinin müxtəlif sahələrdə bərabərliyi təmin edən yazılı qanunlardan və yazılmamış qaydalardan bəhrələnirik. Bərabərsizliyin bəzi növləri artıq əksər cəmiyyətlərdə qanun səviyyəsində qadağan olunmuşdur və adi həyatda da insanlar tərəfindən rədd edilir. Lakin bərabərsizliyin digər formaları bəzi cəmiyyətlər, qruplar və ya ayrı-ayrı fərdlər tərəfindən rahat qəbul olunur. Məsələn, aşağıdakı iki fikri dostlarınıza təqdim edib, aldığınız reaksiyanı müşahidə edin:

  1. “Kasıb insanlar varlılardan fərqli olaraq iradə və məntiq cəhətdən zəif olur”
  2. “Qadınlar kişilərdən fərqli olaraq iradə və məntiq cəhətdən zəif olur”

Hər iki fikir müəyyən sosial klassifikasiya (cins üzrə və ya maliyyə durumunağ əsasən) içərisində konkret kateqoriyaya (qadınlar/kasıblar) aid olan milyonlarla insan haqqında heç bir elmi əsası olmayan ümumiləşdirməni (stereotip) təqdim edir. Bu kimi stereotiplər əsasında verilən qərarlar milyonlarla insanın həyatına təsir göstərir, onları həyatın müxtəlif məqamlarında qeyri-bərabər şəraitə salır və beləliklə də insan inkişafını ciddi şəkildə məhdudlaşdırır. Dostlarınız hansı fikri daha kəskin şəkildə rədd edir? Hansı stereotiplə daha asanlıqla razılaşır? Cavablardan asılı olaraq sosial mühitinizin hansı bərabərsizlik formasına daha “dözümlü” olduğunu və beləliklə hansı kateqoriyaya aid olan insanlara qarşı daha ədalətsiz şəkildə davrandığını müəyyən edə bilərsiniz. Müxtəlif ictimai münasibətlər arasında cəmiyyətdə kişi və qadınların fərqli rol və vəzifələrini müəyyənləşdirənmünasibətlər sistemi mühüm yer tutur.

Hüququmuz bərabərliyimizdir.

Bioloji fərqlər əsasında müəyyənləşdirilən cinsdən fərqli olaraq, gender (ona həmçinin sosial cins deyilir) kişi və qadınların ictimai münasibətlər çərçivəsində (məsələn, ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə edir. Bu rollar və vəzifələr konkret cəmiyyətdə mövcud olan “kişi” və “qadın” sosial kategoriyalarının mahiyyətini təşkil edir. Digər mühüm sosial klassifikasiyalarla bərabər (ictimai sinif, irq, etnik qrup və sair), gender insanların cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas amillərdən biridir. “Cins” və “gender” arasında olan fərqi daha aydın göstərmək üçün iki misala müraciət edək. Uşaq dünyaya gətirmək qadınlara aid olan reproduktiv bioloji funksiyası cinsin əlamətidir. Uşağın bəslənməsi və təlim-tərbiyəsi isə müxtəlif cəmiyyətlərin kişi və qadınlara (bəzən yalnız kişilərə və ya yalnız qadınlara) aid etdiyi sosial funksiya olaraq gender anlayışına aiddir və ailədə və cəmiyyətdə gender əsaslı əmək bölgüsünün bir hissəsidir. Bioloji cins əlamətləri və funksiyaları sosial cinsin funksiyaları ilə müqayisədə daha stabildir. Məsələn, uşaq doğmaq funksiyasını yalnız “qadın” cinsinə aid olan insanlar həyata keçirə bilər. Gender və ya sosial cinsin xüsusiyyətləri tarixi dövrdən, spesifik iqtisadi, mədəni, sosial və ekoloji şəraitdən asılı olaraq daim dəyişməkdədir. Genderə aid təsəvvürlər təkcə zaman və məkanla dəyişmir. Eyni cəmiyyətdə insanların “kişilik” və “qadınlıq” xüsusiyyətləri haqqında təsəvvürləri konkret insanın yaşı, sosial mövqeyi, etnik qrupu, dini, ailə statusu və başqa faktorlardan asılı olaraq fərqlənir. Həyat təcrübənizə əsaslanaraq bu suallara cavab verin:

Kənd yerlərində və şəhərdə, imkanlı və yoxsul təbəqədə, müxtəlif mədəni mühitdə yaşayan tanışlarınız arasında ideal “kişilik” və “qadınlıq” xüsusiyyətləri haqqında təsəvvürlər eynidirmi? Fərqlər varsa, fikrinizcə, onlar nədən irəli gəlir? Digər sosial münasibətlər sistemləri kimi gender münasibətləri də müəyyən güc balansına, hakimiyyət bölgüsünə əsaslanır. Bu güc balansı konkret Şimali Qafqaz xalqları arasında ənənəvi olaraq oğlanların tərbiyəsi ilə kişilər məşğul olurdu. “Atalıq” adlanan qədim adətin bir variantında oğlan uşaqları erkən yaşdan öz ailəsindən ayrılır, başqa ailəyə (bəzən başqa kəndə) verilirdi və orada kişi ailə üzvləri tərəfindən tərbiyə edilib öz valideynlərinin yanına yalnız yeniyetməlik çağında qayıdırdı. Cəmiyyətlərdə və cəmiyyət içərisində müxtəlif qruplarda kişi və qadınlara aid edilən qaydalar, qadağalar və gözləntilərdə öz əksini tapır. İctimai qaydalar və qadağalar kişi və qadınlar üçün fərqli davranış tərzlərini müəyyənləşdirir. Gözləntilər isə qadınların və kişilərin (qızların və oğlanların) həyatda nəyə nail olacağına dair ailə, icma, iş kollektivi və digər sosial mühitlərdə olan ümumi rəyləri əks etdirir. Məsələn, evdən kənarda təhsil almaq qadağası 20-ci əsrin əvvəllərində Azərbaycan ailələrinin əksəriyyətində qızlara şamil edilirdi. O dövrdə yalnız bəzi ziyalı ailələrində qızların təhsilinə icazə verilirdi. Xalqımızın böyük maarifçiləri, məşhur yazıçıları və ictimai xadimləri M. F. Axundov, Y. V. Çəmənzəminli, Ə.Haqverdiyev, Ə. Ağayev, C. Məmmədquluzadə, H. Cavanşir, S. Axundzadə, Ş. Əfəndiyeva, N. Şıxlinskaya, H. Z. Tağıyev, M. Ə. Sabir, Ü. Hacıbəyov, C. Cabbarlı,Ö. F.Nemanzadə və başqaları Azərbaycanda qadın təhsilinin ictimai qadağalardan azad olması yolunda yorulmadan çalışmışlar. Üstündən 30-40 il keçdi. Tarixi miqyasda kifayət qədər kiçik vaxt ərzində Sovet siyasəti (kollektivləşmə, təhsil islahatları, sənayeləşmə, şəhər əhalisinin artımı, ailə, qadın və nikah sahəsində qəbul edilən qanunlar və aparılan ictimai kampaniyalar) və İkinci Dünya Müharibəsi şəraitində cəmiyyətdə əmək bölgüsünün dəyişməsi gender münasibətlərinə ciddi dəyişikliklər gətirdi. Qadınlara tətbiq olunan bir sıra qadağalar bu dəyişikliklərin nəticəsində aradan qaldırıldı: qadınlar və qızlar təhsil almaq imkanını qazandı, oğlan və qızların ictimai sahədə mütəmadi olaraq ünsiyyətdə olması üçün şərait yarandı, qadınların müəllimlik sahəsində ixtisaslaşıb işləməsi kütləvi hal aldı. Artıq 2012-ci ildə Azərbaycanda təhsil müəssisələrində oxuyanların 47%-ni qızlar təşkil etmiş, təhsil sahəsində çalışanların mütləq əksəriyyəti (68%) qadınlar olmuşdu. Müasir dövrdə qadınlara qarşı tətbiq olunan gender əsaslı ayrı-seçkilik, qadağalar və stereotiplər həm elmi sahədə, həm də ictimai müzakirələrdə və media səhifələrində geniş işıqlandırılır. Kişilərin rastlaşdığı gender əsaslıməhdudiyyətlər isə yalnız arabir müzakirə predmetinə çevrilir. Lakin bu demək deyil ki, müxtəlif cəmiyyətlərdə kişilər bu kimi problemlərlə üz-üzə gəlmir. Məsələn, ənənəvi patriarxal dəyərlərin hökm sürdüyü şəraitdə iqtisadi böhran üzündən “ailənin əsas təminatçısı” funksiyasını yerinə yetirə bilməyən kişilər ciddi mənəvi-psixoloji və sosial təzyiqlərə məruz qala bilər. Buna bənzər mühitdə həyatını ev işlərinə və uşaqların tərbiyəsinə həsr etməyə qərar verən kişi də ətrafdakıların qınaq və ya istehza obyektinə cevrilir. Gender münasibətlərində ictimai və özəl sahədə baş verəndəyişikliklər əksər Azərbaycanda qadınlar və kişilər 2012, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Bakı, 2012, səh. 63, 874 Patriarxiya – kişilərin sosial təşkilatlanmada, siyasi idarəçilikdə, mənəvi dəyərlərin müəyyənedilməsində və mülkiyyətə nəzarətdə əsas hakim mövqeyə malik olduğu sosial sistemdir. Gender əsaslı güc balansının dəyişməsi ailədə, ictimai sahədə, işyerlərində, hakimiyyət strukturlarında və bütövlüklə cəmiyyətdə mövcud olan mühüm iyerarxiyaları silkələyir. Özəl və ictimai sahədə qərar vermə proseslərinə yeni qüvvələr qoşulur, ənənəvi normalar pozulur, bu vaxta qədər qadağaları etirazsız qəbul edənlər öz haqqlarını tələb etməyə başlayır, mühüm ehtiyatlardan istifadə və nəzarət bölgüsü dəyişir. Müxtəlif sosial və iqtisadi şəraitdə gender bərabərsizliyi də fərqli formalarda özünü biruzə verir.

Tariximizə nəzər salaq:

XX əsrin əsrin əvvəllərində ilk azərbaycanlı qadın-həkimlər kəskin ictimai qinaqla üzləşirdi. 1922-ci ildə Baki Dövlət Universitetinin Tibb Fakultəsinin məzunları arasında yalnız iki qız, Adilə xanım Şaxtaxtinskaya və Ceyran xanım Sultanova var idi. Qadınların bu sahəyə daxil olması cəmiyyətdə güclü etirazlara səbəb olmuşdu. Qadının evdən kənarda işləməsi, həkimlik sahəsində çalışaraq hər iki cinsdən olan insanlarla ünsiyyətdə olması o dövrün “qadın” sosial kateqoriyasına aid edilən qadağa və vəzifələrə zidd idi. Qadınların mütəxəssis olaraq evdən kənar əmək fəaliyyətinə görə pul qazanması və ictimai həyatda söz sahibi olması ailədə və cəmiyyətdə oturuşmuş hakimiyyət bölgüsünü pozurdu. İllər keçdi və hal-hazırda səhiyyə sektoru Azərbaycanda qadınların ən çox çalışdığı sahələrin birinə çevrildi. 2011-ci ilin sonuna səhiyyə və sosial xidmətlər sektorunda qadınlar 77,6%, kişilər isə 22,4% təşkil edirdi. 2005-ci ildə Azərbaycan Milli İnsan İnkişafı Hesabatı üçün keçirilmiş sorğu nəticələrinə əsasən respondentlərin əksəriyyəti həkimliyi qadınlar üçün ən münasib ixtisaslardan biri sayır. Lakin ümumi səhiyyə sistemində azlıq təşkil edən kişi işçilər rəhbər vəzifələrdə çoxluq təşkil edir. Eyni peşə sahəsində, qurum, təşkilat və ya da şirkətdə bir gender kateqoriyasına aid insanların yuxarı, orta və ya aşağı vəzifələrdə cəmləşməsinə şaquli gender seqreqasiyası deyilir. Şaquli seqreqasiya cəmiyyətdə dərin kök salmış gender bərabərsizliyinin əlamətidir. Ümumi saya görə səhiyyə sektorunda azlıq təşkil edən kişi işçilərin rəhbərlik vəzifələrində cəmləşməsi bir sıra faktorlar nəticəsində əmələ gələ bilər: kadr siyasətində yazılmamış patriarxal qaydalar və stereotiplərin təsiri, iş rejimi və vəzifəyə aid tələblərin qadınların kişilərdən fərqli ailə vəzifələrini nəzərə almaması, qadınların öz profesional səviyyəsini artırmaq üçün olan imkanlardan istifadə edərkən məhdudiyyətlərlə üzləşməsi və s.

9.3 Gender bərabərsizliyi yalnız qadın problemi deyil. Qeyri-bərabər gender münasibətləri çərçivəsində bir kateqoriya əlverişsiz, asılı, hakimiyyətsiz, o birisi isə əlverişli, hakimiyyətə sahib, idarəedici mövqelərdə yerləşir. Nəticədə insanın gender mənsubiyyəti onun inkişaf imkanlarına bilavasitə təsir edir. Hal-hazırda qlobal miqyasda və eləcə də dünyanın ayrı-ayrı bölgələrində gender bərabərsizliyinin nəticəsində milyonlarla insanın inkişafı məhdudlaşdırılır. Dünyada 1.3 milyard yoxsul əhalinin 70%-ni qadınlar təşkil edir. BMT-nin hesablamalarına görə, dünyada qidanın 50%-ni qadınlar istehsal edir, lakin onlar ümumi gəlirin yalnız 10%-ni alır və cəmi 1% torpaqların yiyəsidir. Dünya parlamentlərində qadın millət vəkilləri yalnız 19.1% təşkil edir. Dünyada həddi-büluğa çatmış əhalinin 774 milyonu savadsızdır. Onların 2/3-ni qadınlar təşkil edir (bu rəqəm son 20 il ərzində dəyişməz qalır).

Hər il dünyada 18 yaşına çatmamış 60 milyon qız erkən nikaha məcbur edilir. 15-44 yaşlı qadınlar arasında zorakılıq nəticəsində ölən və zərərçəkənlərin sayı xərçəng xəstəliyi, malyariya, avtomobil qəzaları və müharibə qurbanlarının sayından artıqdır. Qadınlara qarşı zorakılıq aktlarının əksəriyyəti həyat yoldaşı (və ya intim partnyor) tərəfindən törədilir. Gender bərabərsizliyinin əsas hədəfi qızlar və qadınlar olsa da, bu sosial bəladan zərər çəkən təkçə qadınlar deyil. Hərbi münaqişələr zamanı əsasən yeniyetmə oğlanları hədəf götürən ölümcül əməliyyatlar tarixin faciəvi səhifələrinə həkk olunub. Bu qəddar cinayətlərin məhz oğlanlara qarşı törədilməsinin əsasında konkret cəmiyyətlərdə oğlanlara gələcək döyüşçü, ailə və ya tayfanın əsas təminatçısı vəzifəsini təyin edən gender vəzifələri durur.Statistik məlumatlar göstərir ki, gender bərabərsizliyi bütöv cəmiyyətin və ayrı-ayrı fərdlərin inkişafına saysız-hesabsız zərbələr vurur. Yoxsulluğun, xəstəliklərin, ailədaxili zorakılığın, savadsızlığın öhdəsindən gəlmək üçün bəşəriyyət kişi və qadın bərabərliyinə nail olmalıdır. Dünyada hər üç qadından biri zorakılığa məruz qalır. Qadınlara qarşı zorakılıq gender bərabərsizliyinin hökm sürdüyü mühitdə cəzası cinayət kimi qalmaqdadır. Ailədə, icmada, məktəbdə və ya iş yerində fiziki, psixoloji zorakılığa məruz qalan, hərdən isə öz evlərində dustaq kimi saxlanılan insanlar ənəsas hüquqlar və imkanlardan istifadə etməyə belə macal tapmırlar. Məsələn,  Əfqanistanda azyaşlı qızların fiziki zorakılığa məruz qalması halları üzündən valideynlər qız uşaqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə onları çox vaxt məktəbə buraxmaqdan vaz keçir. Ölkədə ümumi orta təhsili bitirmişlərin faizi qadınlararasında 5.6%, kişilər arasında isə 34 faizdir. İnsan inkişafı nəzəriyyəsinin ərsəyə gəlməsində aparıcı rol oynamış Nobel mükafatı laureatı Amartya Sen öz araşdırmalarında gender bərabərsizliyinin cəmiyyətə gətirdiyi ziyanı dəfələrlə qeyd etmişdir. Məsələn, Cənubi Asiyada apardığı tədqiqatlara əsasən A. Sen bir çox bölgələrdə qız uşaqlarının oğlanlarla müqayisədə daha az qida qəbul etdiyini göstərmişdir. Bu hal ailələrin ənənəvi olaraq oğlan uşaqlarına daha böyük dəyər verməsi ilə əlaqədardır. Uşaqlıqda ailədə zəruri qidalanmadan məhrum edilmişqadınların böyük hissəsi həyat boyu səhhətində müxtəlif problemlərlə rastlaşır və çəkisi qəbul olunmuş tibbi standartlardan aşağı olan körpələr dünyaya gətirirlər. Çəkisi normadan aşağı olan uşaqlar arasında illər sonra ürək xəstəliklərindən zərərçəkənlərin yüksək sayı qadınlara tətbiq olunan sosial məhdudiyyətlərin bioloji reproduktiv funksiya vasitəsi ilə gələcək nəsillərə necə təsir göstərdiyini nümayiş edir. “Gender bərabərsizliyi təkcə qızların və qadınların maraqlarına ziyan vurmur,o həmçinin oğlanlar və kişilərə mənfi təsir göstərir. Bu təsir bioloji əlaqələr (uşaqların zəif qidalanması, böyüklərin kardiovaskulyar xəstəliklərə düçar olması) və sosial əlaqələr (bərabərsizliyin siyasi, ictimai və iqtisadi sahələrə vurduğu ziyan)vasitəsilə həyata keçir”. Sən həmçinin gender bərabərsizliyinin siyasi, iqtisadi və mədəni kontekstdən asılı olaraq müxtəlif formalar aldığını qeyd edir. “Yaponiyadan Mərakeşə, Özbəkistandan Amerika Birləşmiş Ştatlarına qədər gender bərabərsizliyi dünyanın əksər bölgələrində mövcuddur. Lakin qadınlarla kişilər arasında olan bərabərsizlik bir çox fərqlı formalarda özünü büruzə verə bilər. Əslində gender bərabərsizliyi vahid bir fenomen deyil, bir-biri ilə əlaqədə olan problemlər toplusudur.”

9.4 Gender bərabərliyi

İnsanların inkişafı onların cins və ya gender mənsubiyyətinə əsasənməhdudlaşdırılmamalıdır. Gender bərabərliyi qadınların və kişilərin, oğlanların və qızların bərabər hüquqları, vəzifələri və imkanları deməkdir.Bərabərlik kişiləri və qadınları eyniləşdirmir, əksinə onların fərqli ehtiyaclarını, prioritetlərini və maraqlarını nəzərə almağa tələb edir. Son yüz il ərzində dünyadövlətləri gender problemlərinin çözümü istiqamətində böyük addımlar atmışdır. Milyonlarla qız və oğlan, kişilər və qadınlar bərabər şəkildə qida və su ehtiyatlarından istifadə etmək, təhsil almaq, səhiyyə xidmətlərindən istifadə etmək,ictimai və siyası fəaliyyətlə məşğul olmaq və iqtisadi həyatda iştirak etmək imkanı əldə etmişdir. Qeyri-hökumət təşkilatları və ictimai fəallar gender əsaslı ayrı- seçkiliyə qarşı yerli və qlobal səviyyədə mübarizə aparmış, kişi və qadın bərabərliyi məsələsinin beynəlxalq forumların və ayrı-ayrı dövlətlərin gündəminə daxiledilməsinə nail olmuşlar. Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti çərçivəsində  dünya dövlətləri gender bərabərliyini və qadın hüquqlarını təmin edən bəynəlxalq konvensiyalara qoşulmuşlar. Bu sırada “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (1995-ci il), IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platforması (1995-ci il) və Minilliyin Bəyannaməsi (2000-ci il) xüsusi əhəmiyyət kəsb edir. BMT-nin dəstəyi ilə dünyanın bütün bölgələrində dövlətlər öz milli qanunvericiliyində münasib dəyişikliklər etmiş və gender sahəsində iri miqyaslı proqramlar həyata keçirmişlər. Lakin yuxarıda təqdim etdiyimiz statistik məlumatlar göstərir ki, bütün bu uğurlara baxmayaraq XXI əsrin əvvəlində gender bərabərsizliyi bəşəriyyət qarşısında duran ən ciddi problemlərdən biri olaraq qalmaqdadır. 2000- ci ildə “gender bərabərliyinə nail olmaq və qadınların səlahiyyətlərini genişləndirmək” Minilliyin İnkişaf Məqsədlərindən (MİM) biri olaraq müəyyən edilmişdir. Eyni zamanda kişi və qadınların ictimai və iqtisadi mövqelərindəki uyğunsuzluqları aradan qaldırmadan minilliyin digər inkişaf məqsədlərinə nail olmaq qeyri-mümkündür. Yeni minillikdə qlobal inkişafın istiqamətlərini müəyyənləşdirən 8 MİM-dən daha ikisi “uşaq ölümü hallarının azaldılması” (MİM

4) və “ana sağlamlığının yaxşılaşdırılması” (MİM 5) qadınların ictimai və iqtisadi durumu ilə bilavasitə bağlıdır. Yoxsul və savadsız əhalinin tərkibində qadınların əksəriyyət təşkil etdiyini nəzərə alsaq, digər iki məqsəd ilə (“ifrat yoxsulluğun və aclığın aradan qaldırılması” və “ümumi ibtidai təhsilə nail olunması” üzrə MİM-lər) gender bərabərsizliyi arasında olan əlaqə aydın görünür. Gender bərabərsziliyi həm fərdi, həm institusional səviyyədə özünü büruzə verə bilər. İnsan inkişafına yönəlmiş siyasət aşağıdakı səviyyələrdə gender bərabərsizliyinin aradan qaldırılmasına çalışır:

  • Qanunvericilik
  • Sosial təsisatlar
  • İctimai münasibətlər
  • Ailədaxili münasibətlər

Gündəlik həyatımızda gender əsaslı qaydalar, qadağalar və gözləntiləri ayrı-ayrı insanların hərəkətlərində bəzən asanlıqla müşahidə etmək olar. Azərbaycanda azyaşlı qızların valideynlər tərəfindən erkən nikaha məcbur edilməsi gender əsaszorakılığın gözə çarpan növüdür və milli qanunvericilik tərəfindən qadağan edilir. Lakin bəzən gender bərabərsizliyi və onun mənfi təzahürləri insanlar tərəfindən adi hal kimi qəbul olunur. Cənubi Asiyada qızların qidasını məhdudlaşdıran ana vəatalar çox vaxt övladlarının anemiya (qanazlığı) xəstəliyindən zərər çəkdiyini qız və qadınların təbiətdən zəif olması ilə izah edir. Beləliklə, gender əsaslı qaydalar nəticəsində əmələ gələn xəstəlik qadınlara aid olan təbii bioloji xüsusiyyət olaraq qəbul olunur. Müəyyən sosial kateqoriya (qızlar) insan inkişafı üçün zəruri olan sağlamlıqdan məhrum edilir. Gender münasibətlərinə aid normalar cəmiyyətdə fəaliyyət göstərən əsas sosial təsisatlar (hakimiyyət, ailə, məktəb, dil, qanunverici, siyası və iqtisadi sistemlər) tərəfindən mütəmadi olaraq istehsal edilir. Gəlin bu prosesi daha ətraflı araşdıraq. Məsələn, təsəvvür edək ki, şərti ölkənin milli qanunvericiliyinə əsasən hər bir vətəndaşın seçmək və seçilmək hüququ vardır. Lakin seçki prosesini tənzimləyən prosedurlar qadınlardan seçkidə iştirak etmək üçün ailə başçısının razılığını almağı tələb edir. Məktəb isə təhsil prosesində yeni nəsillərə yeritdiyi gender stereotipləri vasitəsilə bu bərabərsizliyə ideoloji dəstək verir. Beləliklə, gender əsaslı ayrı-seçkilik normallaşaraq gözdən itir, bürokratikprosedurlar və “təbii” kimi qəbul olunan sosial normalar arxasında gizlənir.  Cəmiyyətdə insan inkişafını təmin edə biləcək şəraitin yaradılması üçün gende bərabərsizliyini adiləşdirən, normallaşdıran və öz fəaliyyətində mütəmadi olaraq istehsal edən sosial təsisatlar daxildən dəyişilməlidir.

9.5 Qlobal miqyasda inkişaf siyasəti və gender Gender bərabərliyinə aid məsələlər ilk olaraq inkişaf gündəminə qadın problemləri timsalında daxil olmuşdur. İnkişafı modernizasiya və iqtisadi artımla bağlayan yanaşmalar qadınların iqtisadiyyatda çox cüzi rol oynadığını, inkişaf prosesinin kişivə qadınlara eyni tərzdə təsir etdiyini, ümumi iqtisadi artımın kişilərin yüksələn gəlirləri vasitəsi ilə ailələrə və o cümlədən qadınlara da müsbət təsir edəcəyini aksiom olaraq qəbul etmişdir. Bu yanaşmalara arxalanan siyasətlər inkişaf edən ölkələrdə qadınları humanitar yardıma ehtiyacı olan, cəmiyyətdə əsasən bioloji reproduktiv funksiyanı yerinə yetirən, asılı bir qrup olaraq tanıyırdı. Bu qrup üçün nəzərdə tutulan proqramlar qida məhsulları, gigiyena vasitələri və ailə planlaşdırması vasitələrinin paylanmasına xüsusi diqqət yetirirdi. XX əsrin 70-ci illərindən başlayaraq sürətlə artan qadın və gender tədqiqatları elm sahəsi və beynəlxalq qadın hərəkatı inkişaf ətrafında gedən müzakirələrin fəal işitirakçısına çevrilir, bəzi oturuşmuş iqtisadi yanaşmaları sual altına qoyur, onlarınyoxsulluq şəraitində yaşayan milyonlarla kişi və qadınların həyat təcrübəsindən nə dərəcədə uzaq olduğunu göstərmişdir. BMT-nin birinci İnkişaf Onilliyinin (1961- 1970) bəyannaməsində inkişafda qadınların iştirakı məsələsi mərkəzi yer tutmasa da, 1962-ci ildə BMT-nin Baş Assambleyası Qadın Statusu üzrə Komissiyaya qadınların inkişaf prosesində rolunu araşdıran hesabatın hazırlanmasına dair tapşırıq verir. 1970-ci ildə isə Baş Assambleya ikinci İnkişaf Onilliyin strategiyasına artıq “inkişafla bağlı bütün addımlarda qadınların tam iştirakını” məqsəd olaraq daxil etmişdi. BMT-nin Mexiko (1975-ci il), Kopenhagen (1980-ci il), Nayrobi (1985-ci il.

  1. il) və Pekində (1995-ci il) keçirdiyi Ümumdünya Qadın Konfransları tədqiqatçılar, ictimai fəallar, qeyri-hökumət təşkilatları və beynəlxaq qurumlar üçün mühüm müzakirələr arenasına çevrilmişdi. İqtisadi artımla hər bir insanın inkişafı üçün dahageniş imkanlar yaranırsa, nə üçün bəzi ölkələrdə bu artım gender bərabərsizliyinin azalmasına, digərlərində isə kəskinləşməsinə gətirib çıxarır? İqtisadi artım asılı vəziyyətdə olan əhali qruplarının istismarı hesabına əmələ gəlirsə, bu, insan inkişafına nə dərəcədə xidmət edə bilər? Gender əsaslı əmək bölgüsü yoxsulların arasında qadınların əksəriyyət təşkil etməsinə necə təsir göstərir? İnkişafa dair nəzəri yanaşmaların köklü surətdə dəyişməsi məhz bu sərt suallar və kəskin muzakirələr mühitində başlamışdır. Ester Bouzrupun 1970- ci ildə çapdan çıxmış məhşur “İqtisadi İnkişafda Qadınların Rolu” əsəri qadın fermerlərinin istehsal etdiyi məhsulun bir sıra Afrika ölkələrinin iqtisadiyyatında mühüm rol oynadığını göstərmişdir. Bouzrup öz araşdırmasında göstərdi ki, bir çox ölkələrdə adətən inkişaf əlaməti hesab edilən kənd təsərrufatının mexanizasiyası qadın işçi  qüvvəsinin gəlir gətirən iqtisadi fəaliyyətdən kənarlaşdırılması və qadınların başçılıq etdiyi ailələrin yoxsulluğa düçar olması ilə müşayiət olunub. Qadınların formal və qeyri-formal iqtisadiyyatda fəal iştirakını araşdıran onlarla əsərlər zəif, passiv, iqtisadi cəhətdən qeyri-məhsuldar qadın stereotipini məhv edərək, bu stereotiplərə arxalanan yanaşmaların iqtisadi cəhətdən fəal əhali qruplarını nəzərə almadıqlarını nümayış etdirdi. Eyni zamanda, bu tədqiqatlar inkişafın təkcə ümumi iqtisadi  göstəricilər (xüsusi ilə Ümumi Daxili Məhsulun) vasitəsi ilə ölçülməsinin nöqsanlarını üzə çıxardı. Kişi və qadınların təhsil və iş imkanlarını, səhiyyə və sosial xidmətlərdən istifadə səviyyəsini araşdıran tədqiqatlar göstərdi ki, iqtisadi yüksəliş bu sahələrdə mövcud olan gender əsaslı məhdudiyyətləri aradan qaldırmır və hətta bəzi hallarda onları daha da kəskinləşdirərək yoxsulluğun və savadsızlığın artmasıilə müşayiət oluna bilər. 80-ci illərdə ev təsərrüfatlarına dair məlumatların gender təhlili yeni nöqsanları üzə çıxardı. Ənənəvi olaraq iqtisadçılar ev təsərrüfatını gəlirlərini hesablayarkən bu gəlirdən bütün ailə üzvlərinin bəhrələndiyini hesab edirdilər. Lakin yeni tədqiqatlar (məsələn, Cənubi Asiyanın aqrar bölgələrində) ailə daxilində qidalanmanın sərt gender iyerarxiyası üzrə aparıldığını göstərdi. Bu isə qız və qadınların mütəmadi olaraq yetərincə qidalanmamasına və nəticədə bir sıra tipik xəstəliklərdən zərər çəkməsinə gətirib çıxarırdı. Bu nöqsanların aradan qaldırılması üçün qlobal inkişaf siyasətində yeni, gender məsələlərinə daha həssas olmaqla yanaşmaların tətbiqinə ehtiyac var idi. 70-ci illərin müzakirələrindən yaranan bu yeni yanaşmalar üç əsas mərhələdən keçmişdir.

9.5.1 İnkişafda qadın (Women in Development/WID). Bu mərhələdə uğurlu inkişaf siyasətinin kişilərlə bərabər qadınları da əhatə etməsi diqqət mərkəzində idi. Qadınların bu proseslərdə iştirakı iqtisadi effektivlik baxımından qiymətləndirilirdi. Iqtisadi artıma arxalanan inkişaf üçün əlavə insan ehtiyatları zəruri idi və kasıb bölgələrdə açılan yeni sənaye müəssisələrinə yüzlərlə qız və qadınların cəlb olunması bir çoxları tərəfindən inkişafın uğuru olaraq qəbul edilirdi.Qadınların muzdlu işlərə yiyələnməsi WID yanaşmasına görə, ona iqtisadi müstəqillik verir və gələcəkdə təhsil, səhiyyə və digər sahələrdə qadınların qabiliyyətləri və imkanlarını genişləndirirdi. Sanki imkanlar artıq mövcud idi qadınlar sadəcə bunları əldə etməyə hazırlıqlı olmalı idi. Beləliklə, WID problemi müəyyən gender kateqoriyasına aid insanların (qız və qadınların) çatışmayan xüsusiyyətlərində (bilik, bacarıq, müstəqillik) görürdü. Problemin həlli qadınları dəyişdirmək idi. Bu istiqamətdə atılacaq mühüm addımlardan biri milli hökumət aparatlarında xüsusi ilə qadın məsələləri ilə məşğul olacaq qurumların yaradılması idi. WID yanaşmasına əsasən, zəruri ehtiyatlara (məsələn, bilik və bacarıqlara, maliyyə kreditlərinə) yiyələnmək imkanını qazanan qadınlar ictimai və iqtisadi inkişafın fəal iştirakçısına cevriləcəkdi. Problemin bu cür qoyuluşu müxtəlif sosial təbəqələrdən olan qadınların həyat tərzi və imkanlarında olan dərin fərqləri nəzərə almırdı. Bu yanaşma həmçinin iqtisadi inkişafın avtomatik olaraq bərabərsizliyi aradan qaldıracağına hələ də inanırdı. WID cəmiyyətdə gender bərabərsizliyini mütəmadi olaraq istehsal edən sosial strukturları dəyişdirməyə cəhd göstərmirdi. Məsələn, WID çərçivəsində bəzi ölkələrdə aqrar sektorda çalışan qadınlara kiçik kreditlər paylayan proqramlar ciddi əngəllərlə rastlaşırdı: qadınlar kreditləri götürüb onlara sahib çıxa bilmirdi. Ailə və icma daxili gender iyerarxiyasında maliyyə ehtiyatlarına nəzarət kişilərə aid idi. Beləliklə bu bölgələrdə qadın sahibkarlarına dəstək olaraq nəzərdə tutulmuş proqramlar real nəticə vermirdi.

9.5.2 Qadın və inkişaf (Women and Development/WAD). Növbəti mərhələdə formalaşan inkişaf siyasəti öncəki yanaşmanın çatışmazlıqlarını nəzərə almağa çalışırdı. “Qadınları dəyişdirməkdənsə, inkişafın üsul və istiqamətlərini dəyişdirmək lazımdır” fikri getdikcə populyarlaşırdı. WAD çərçivəsində qadınların modernizasiya və sənayeləşmə prosesində iştirakı yenidən araşdırıldı. Yoxsul ölkələrdə qadınların yerli və beynəlxalq kapitalın istismar qurbanlarına cevrilməsi WAD siyasətinin əsas mövzularından biri idi. Tədqiqatlar, qeyri-hökümət təşkilatlarının hesabatları, media araşdırmaları göstərdi ki, bəzi ölkələrdə işçi qadınların imkanlar dairəsi nəinki genişlənmir, əksinə, daha da kiçilir. Qlobal geyim sənayesinin yoxsul ölkələrin hüquqsuz ucuz əmək qüvvəsinin istismarı hesabına fəaliyyət göstərməsi WAD-ın tənqid hədəfinə gəlmişdir. Bu yanaşma dünyanın müxtəlif bölgələrində gender bərabərsizliyinin inkişaf üçün fərqliproblemlər yaratdığını göstərdi. İnkişaf etmiş Qərb ölkələrinin təcrübəsinə əsaslanan qənaətlər qadınların formal əmək işçi qüvvəsinə qoşulmasını inkişafa və gender bərabərliyinə doğru atılan uğurlu addım olaraq qiymətləndirirdi. Lakin dünyanın digər bölgələrində toplanmış məlumatlar çox fərqli mənzərəni təqdim edirdi. Patriarxal ailə dairəsindən çıxıb əməkkollektivinə daxil olan qız və qadınlar yeni patriarxal münasibətlər sisteminə düşürdü. Bu dəfə qadağalar, məhdudiyyətlər və bəzən fiziki zorakılıq iş rəhbərləri tərəfindən tətbiq edilirdi. Çox cüzi əmək haqqı alan, təhsil və səhiyyə xidmətlərindən məhrum edilmiş bu yeni fəhlələr üçün yoxsulluq səviyyəsindən yuxarı qalxmaq şansları həddindən artıq zəif idi. WAD qadınlar üçün kişilərlə bərabər iş şəraitinin yaradılması, qadınların gəlir gətirən fəaliyyətlərə cəlb olunmasını dəstəkləyirdi. Bu mərhələdə inkişaf siyasətinin hədəfi olaraq ictimai sahədə gender bərabərsizliyi seçilmişdi. Özəl sahədə mövcud olan ayrı-seçkilik və zorakılıq, həmçinin qadınların ailə və icma daxilində yerinə yetirdiyi reproduktiv fəaliyyət (uşaqların tərbiyəsi və müalicəsi, xəstə, qoca və şikəst ailə üzvlərinə qayğı göstərilməsi, icmalarda vəzifələrin qadınlar tərəfindən pulsuz icra edilməsi və s.) WAD-ın diqqət mərkəzindən kənarda qalmışdı.

Ailənin funksiyaları

Ailənin funksiyalarından danışarkən yadda saxlamaq lazımdır ki, söhbət cəmiyyət səviyyəsində meydana çıxan, ümumi əhəmiyyətli nəticələrə malik olan və cəmiyyətin digər institutları sırasında ailənin rolunu sosial institut kimimüəyyənləşdirən milyonlarla ailənin həyat fəaliyyətinin nəticələrindən gedir.Vurğulamaq zəruridir ki, bu, onların həyata keçirilməsi üzrə ixtisaslaşmış institutlarasanki tǝh- kim olunmuş cəmiyyət funksiyalarıdır. Bu səbəbdən də hər bir institutun öz təkrarsızlığını, profilini müəyyənləşdirən asas funksiyaları vardır. Ailənin funksiyalarını əsas və ikinci dərəcəlilərə bölmək olmaz, onların hamısı əsasdır, lakinailəni digər institutlardan fərqləndirən funksiyaları seçmək zərurəti ailənin spesifik və qeyri-spesifik funksiyalarını vurğulamağa gətirib çıxarır. A.Q.Xarçevə görə, ailənin spesifik funksiyaları onun mahiyyətindən irəli gəlir və sosial hadisə kimi onun xüsusiyyətlərini əks etdirir, qeyri-spesifik funksiyalar isə müəyyən tarixi şəraitdə ailənin onları həyata keçirməyə məcbur olduğu, yaxud uyğunlaşdığıfunksiyalardır.

Gender nədir?

Gender qadın və kişilərin cinsinə görə onlara aid edilən sosial cəhətdən qurulmuş gözləntilər, davranışlar və fəaliyyətlər toplusuna aiddir. Hər hansı bir gender rolu toplusu ilə bağlı sosial gözləntilər müəyyən sosial-iqtisadi, siyasi və mədəni kontekstdən asılıdır və irq, etnik mənsubiyyət, sinif, cinsi oriyentasiya və yaş daxil olmaqla digər amillərdən təsirlənir. Gender rolları öyrənilir və müxtəlif insan cəmiyyətləri daxilində və arasında geniş şəkildə dəyişir və zamanla dəyişir. Biz doğulduğumuz andan ictimailəşirik. Ailəmiz, məktəbimiz, iş yerimiz, media, yeni informasiya texnologiyaları və populyar mədəniyyətin böyük təsiri altında yaşadığımız cəmiyyətin gözlənilən normalarına uyğun olaraq necə davranacağımızı inkişaf etdiririk, böyüyürük və öyrənirik. Sosiallaşma bir qrup insanın funksional üzvlərinə çevrilmək üçün vacib bir prosesdir. Bununla belə, sosiallaşmamızın bir hissəsi olaraq aldığımız hər mesajı özümüzə və ya cəmiyyətə faydalı hesab etmək olmaz. Gender sosiallaşması oğlan və qızların istedad və maraqlarını tam potensiallarına qədər kəşf etmələrini məhdudlaşdıra bilər. Bundan əlavə, çox vaxt real olmayan və ziddiyyət təşkil edən gözləntilər daxili qarşıdurmalara, psixolojiproblemlərə səbəb ola bilər və bu gözləntiləri qarşılamaq istəməmək və ya bacarmamaq başqaları tərəfindən müəyyən cəza formalarına səbəb ola bilər. Azərbaycan qadınına ən yüksək qiyməti Ulu Öndər verib. Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi ulu öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Məhz Ümummilli Liderin qadın siyasətinin nəticəsi idi ki, 1998-ci ildə Azərbaycanda qadınların hüquqlarını müdafiə etmək və bu sistemi mərkəzləşdirmək məqsədilə QadınProblemləri üzrə Dövlət Komitəsi (hazırda həmin komitə 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlanır) yaradılıb. 2000-ci ildə qadın siyasəti ilə bağlı imzalanan müvafiq Fərman ölkəmizdə qadınların imkanlarını dahada artırdı. Bu da dövlət idarəçiliyində, təhsil, səhiyyə və mədəniyyət sahələrindəqadınların sayının artmasına gətirib çıxardı. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə cəmiyyətdə böyük missiyası olan qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər. Azərbaycan 1995-ci ildən= “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın üzvüdür və bu Konvensiyanın həyata keçirilməsi haqqında öhdəlikləri öz üzərinə götürərək, bərabərlik və demokratiya ideyalarına tərəfdar olduğunu təsdiq edib.

Milli mənəvi dəyərlərə yüksək qiymət verilir

Azərbaycan qadınları Avropa Şurasında, dünyanın möhtəşəm Olimpiya Oyunlarında respublikamızın şərəfini uca tutur, onun şöhrətini yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli və qədim bayramlarından olan Novruzun dövlət səviyyəsində qeyd olunması ideyası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu ideyanın davamçısı olan və Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun gərgin səyləri nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Artıq Azərbaycanda hər il martın 20-21-də qeyd edilən Novruz bayramı baharın gəlişi, təbiətin canlanması, torpağın oyanmasını özündə əks etdirməklə yeni ilin gəlişindən xəbər verir. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyət kəsb edir. Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlıtədbirlərin həyata keçirilməsinə yardım göstərən Fond dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli mənəvi dəyərlərin qorunmasına dəstək rolunu oynayır. Paytaxtımızda müasir tipli gözoxşayan Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsi, mədəniyyət və təhsil müəssisələrinin təmiri, inşası və bərpa etdirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Azərbaycanın birinci xanımının ölkənin mədəniyyət sahəsində apardığı məqsədyönlü fəaliyyəti nəticəsində bu gün qədim tarixə malik muğam və aşıq sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Hər zaman elmə, təhsilə, mədəniyyətə yüksək qiymət verən Azərbaycan xalqı qadınların təhsil alması, onların hüquqlarının qorunması, ictimai fəaliyyətlə məşğul olmaları məsələsinə müsbət münasibət göstərib. Əsrin əvvəlində yaranan Azərbaycan Xalq Cümhuriyyəti, nəinki ümumilikdə Şərqin, həm də Qərbin bir sıra dövlətlərindən də əvvəl qadınların seçki hüququnu tanıyan bir dövlət olub. Sovet dövründə də Azərbaycan qadınları hər zaman aktiv ictimai fəaliyyətlə məşğul olublar. Ən əsası Azərbaycanda qızların təhsil alması məsələsinə münasibət olduqca yüksək səviyyədə olub. Bu, dövrümüzdə aktiv ictimai fəaliyyətlə məşğul olan, elm xadimi olan qadınlar təbəqəsinin formalaşmasına gətirib çıxarıb. Cümhuriyyətin yaradıcısı Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, qadının aciz, hüquqsuz olması, millətin yarısının xəstə olması anlamına gəlir. Bu səbəbdəndir ki, istiqlaliyyətimizin qazanılmasında maarifçi qadınların rolu çox böyük olub. Ailədə uşaqların tərbiyəsi məsələsində yükün çoxu qadının-ananın üzərinə düşür. Ana dünyagörüşlü, savadlı olanda, təbii olaraq, uşaq da gələcəkdə savadlı olur. Ana öz övladını həyat yolunda düzgün addımlamaq üçün doğru yol göstərir.

     Maarifpərvər insan, mesenat Hacı Zeynalabdin Tağıyev deyirdi: “Bir kişi təhsil alırsa, bu, yalnız bir savadlı insanın olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir”. Müsəlman Şərqində ilk qızlar məktəbinin açılması də məhz bu insanın adı ilə bağlıdır. Qadınlar ölkənin ictimai və sosial həyatında fəal iştirak edirlər Azərbaycanda qadına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, zərif cinsin nümayəndələri bu gün kişilərlə bərabər idarəçilikdə, ictimai təşkilatlarda, dövlət qurumlarında təmsil olunur, rəhbər vəzifələr tuturlar. Cəmiyyətin aparıcı hissəsinə çevrilən qadınlar ölkəmizdə gedən ictimai, siyasi, iqtisadi, mədəni proseslərdə fəal iştirak edirlər. Qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər. Bütün bunlar Azərbaycan qadınının cəmiyyət həyatında rolunun daha da artdığını göstərir. Statistikaya görə, Azərbaycan əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edir. 2018-ci ilin statistik nəticələrinə əsasən, ölkəmizdə elmi işçilərin 56 faizini, ümumi və orta ixtisas təhsil müəssisələri müəllimlərinin 78 faizini, ali məktəb müəllimlərinin 51,9 faizini, həkimlərin isə 66,4 faizini qadınlar təşkil edir. AMEA-da tədqiqatla məşğul olan qadınların sayı 1033 nəfərdir ki, onların arasında alimlər, fəlsəfə doktorları az deyil. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də zərif cinsin nümayəndəsi olması ölkəmizdə qadın hüquqlarının qorunmasından, onlara dövlət səviyyəsində göstərilən izzət və ehtiramdan xəbər verir. Azərbaycan qadınının fədakarlığını, nüfuzunu və gücünü məşhur ekran əsərlərindən olan “Dədə Qorqud”, “Nəsimi”, “Görüş”, “Əhməd haradadır?”, “Qaçaq Nəbi” və s. filmlərdə görmək mümkündür. Daha yaxşı cəmiyyət üçün qadınların еlmi, ictimai, iqtisadi, mədəni həyatdakı uğurlarından yararlanmağa dəyər. Dahi Hüseyn Cavidin dediyi kimi:

“Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Azərbaycan qadınları qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçməyi bacarıblar. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Qadınlarımızın siyasi, eləcə də ictimai müstəvidə rolu xeyli dərəcədə artıb. Konstitusiyamız qarşısında qadınlar və kişilər eyni hüquqlara malikdirlər. Birmənalı şəkildə demək olar ki, Azərbaycanda gender bərabərliyi dövlət tərəfindən ciddi şəkildə təmin olunur. Ölkəmiz 1995-ci ildə BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. Sözügedən konvensiyada sadəcə cinsi əlamətinə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulub. MüasirAzərbaycanda elə fəaliyyət sferası yoxdur ki, orada qadınlar təmsil olunmasın.

Azərbaycan qadını bu gün idarəçilik, qanunvericilik, hüquq-mühafizə, “Gender bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasınınqanunu mövcuddur. Ancaq ölkəmizdə qadınların kişilərlə bərabər hüquqa malik olduğu qanuni olaraq sənəddə əks olunsa da, adətən fikir ayrılıqları yaranır. Nədənsə, gender bərabərliyi dedikdə bu anlayışın yalnız qadınlara aid olduğu kimi yanlış təbliğatlar aparılır. Ancaq gender (cins) bərabərliyi, həmçinin kişilərin dəhüquqlarının qorunması, kişilərlə qadınların bərabər olduqlarını özündə ehtiva edir.Təəssüf ki, bəzən müəyyən təbliğatlar fonunda “gender bərabərliyi” şüarı ilə feminist hərəkatlarına da rast gəlinir.Bəzi hallarda isə qadınların müdafiəsi artdıqca kişilərin hüquqları pozulur.

Qəribədir ki, ailədə qadınlar kimi kişilər də kifayət qədər fəallıq nümayiş etdirirlər. Amma bəzi hallarda qadınların kişiləri “istismarı” halları ilə də qarşılaşırıq. Məsələn, gününü gözəllik salonlarında, butiklərdə keçirməyi, qarderobunu bahalı brendlərlə doldurmağı sevən qadınlar heç bir yerdə işləmədikləri halda kişidən maddi tələbatını ödəməyini israr edir. Bax budur, istismar. Kişi bu tələbin qarşılığını ödəmə qabiliyyətində olmadığını anlasa da, çox vaxt ailənin dağılmaması üçün normadan çox işləməyə məcbur olur. Təbii ki, bu misal hər bir qadına aid edilmədiyi kimi, bütün kişilərə də şamil olunmur.

Qadın hüquqları ilə bağlı qəbul olunmuş beynəlxalq sənədlərin sayı-hesabı yoxdur. Bərabərlikdən danışırıqsa, əks-cinsin nümayəndələrini nəzərə almamaq mümkün deyil. Kişi hüquqları ilə bağlı hansısa beynəlxalq konvensiya, yaxud qurum varmı? Araşdırmamıza əsasən, dünyada kişi hüquqları ilə bağlı yeganə dövlət qurumu ABŞ- ın Nyu-Çersi ştatındakı kişilərin işlərinə dair komitədir. Kişilərin hüquqlarına bəzi hallarda regional müstəvidə baxılsa da, bir dəfə də olsun beynəlxalq müstəvidə baxılmayıb. Tədqiqatlar göstərir ki, kişi hüquqlarının ən çox pozulduğu cəmiyyət sovet cəmiyyəti olub və hazırda həmin sahədə estafet ABŞ-a keçib. Feminist ruhdaböyüyən və tərbiyə alan insanlar qadın hüquqlarının “müdafiəsi” zamanı nə qədər kişinin hüququnu pozduqlarını unudurlar. Ölkəmizdə qadınlara diqqət, onların sosial-iqtisadi baxımdaGundelik.azn kişilərlə bərabər olması təmin edilir. Növbəti məruzəçi “Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət” adlı çıxışına keçid alır. Dünya praktikasına nəzər salsaq, Yeni Zelandiya 1893-cü ildə qadınlara seçki hüququ verən ilk dövlət olub. Avropada qadınlara seçki hüququnu verən ölkələr sırasında ilk yerləri isə müvafiq olaraq Norveç, Finlandiya və İslandiya tutur. 1918- ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb. Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq bu baxımdan avropalı və amerikalı həmcinslərini geridə qoyub.

AYNUR TURAN 

Gundelik.az