Ailə gəlirləri artdıqca büdcədə ərzaq məhsullarına xərclərinin payı azalır. Bu faktı ilk dəfə 19-cu əsrdə alman statistik Ernst Engel iqtisadi qanun şəklinə salıb. Ona görə də buna Engel qanunu deyirlər.
Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.
O bildirib ki, səbəb çox sadədir: “İnsan nə qədər çox qazansa da, mədəsi böyümür. İnsanın mədəsi aşağı-yuxarı yaxın həcmdə qida qəbul edə bilir. Ən pis halda gözü doymayan biri digərindən 3-5 dəfə çox yeyəcək. Amma mədədə təzyiq artan kimi, gözün hərisliyinin qarşısı alınır.
Lakin qeyri-ərzaq məhsullarını toplamaq üçün fiziki tutum məhdudiyyəti yoxdur. Ona görə də gəlirlər artıqca, insan “bəsdir” demir, “iştah”ı dayanmadan sonsuza qədər böyüyür. Daha bahalı geyimlər, daha bahalı avtomobil, ardınca avtomobillər, daha müasir texnologiyalar, daha Ona görə də hər bir ölkədə insanların gəlirlərindən ərzağa ayırdığı pay həmin ölkənin iqtisadi səviyyəsi üçün çox ciddi iqtisadi göstəricidir. Hətta deyərdim ki, bu ölkələrin iqtisadi “termometri”dir”.
Gundelik.az

