Dövlət borcuna xidmət xərclərinin növbəti ildə 2,458 milyard manat olacağı, faiz ödənişlərinin isə 1,381 milyard manat olmaqla bu xərclərin 56,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır.
Gundelik.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
“Daxili borcun yenidən maliyyələşdirilməsi faiz xərclərinə təsir göstərə bilər. Xarici borcun valyuta strukturunun yüksək dərəcədə dollar asılılığı (hazırda 85,2%) və ümumi borcun təqribən yarısının dəyişkən faizli olması şəraitində valyutaya tələbin artması və qlobal maliyyə bazarlarında faiz dərəcələrinin artması xarici borca xidmət xərclərinə artırıcı təsir göstərə bilər”, – məlumatda vurğulanıb.
Gundelik.az

