Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16,6 dəfə üstələyir
İqtisadiyyat Xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 16,6 dəfə üstələyir

Bu ilin oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4,893 milyard ABŞ dolları təşkil edib.

Gundelik.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,4 faizini təşkil dib. 2025-ci ilin 01 yanvar tarixi ilə müqayisədə xarici dövlət borcu 236,6 milyon ABŞ dolları məbləğində azalıb.

Cari ilin oktyabrın 1-nə xarici dövlət borcunun valyuta tərkibi belə olub: ABŞ dolları – 85,3 faiz, avro – 6,3 faiz, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, yapon yeni – 3,3 faiz, digər valyutalar – 1,7 faiz.

2025-ci ilin 1 oktyabr tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 81,5 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 16,6 dəfə üstələyir.

2025-ci ilin 1 oktyabr tarixinə dövlət büdcəsinin borca xidmət xərcləri hesabına xarici borclar üzrə 435,8 milyon ABŞ dolları məbləğində əsas borc, 191,8 milyon ABŞ dolları məbləğində isə faiz borcu ödənişləri həyata keçirilib.

Gundelik.az

Exit mobile version