Fransa prezidenti Emmanuel Makron qlobal hadisələrə diqqət çəkərək, Fransanın nüvə arsenalını genişləndirəcəyini və çəkindirmə gücünü gücləndirəcəyini bildirib. Makron bu sözləri Fransanın qərbində, nüvə sualtı qayıqlarının yerləşdiyi Brestdəki Longue bazasında deyib və Fransanın nüvə strategiyasını açıqlayıb.
Rusyadan artan təhditlər və onun ABŞ-la müttəfiqliyi ilə bağlı suallar fonunda danışan Makron, “Azad ola bilməmiz üçün onlar bizdən qorxmalıdırlar” dedi.
Nüvə silahlarının potensial isdifadəsi ilə bağlı Fransanın doktirinasında dəyişikliyi açıqlayan Makron, “Biz geosiyasi sarsıntılar dövründən keçirik. Biz (nüvə) modelimizi gücləndirməliyik” dedi. Makron yeni doktirinanı “strateji və texniki baxımdan NATO-nun səylərini tamamlayan” və “mütərəqqi çəkindirmə” kimi xarakterizə edib.
Makron Fransanın onilliklər ərzində ilk dəfə nüvə başlığı arsenalını artıracağını açıqlayıb, lakin onların sayını açıqlamayıb. O qeyd edib ki, “qabaqcıl çəkindirmə” mərhələsi Avropa müttəfiqlərində Fransanın qarşısının alınması təlimlərində işdirak etməyə imkan verəcək və Fransa adi qarşısının alınması variantlarını genişləndirmək üçün çox uzun mənzilli raketlər üzərində Almanya və Böyük Britaniya ilə birgə işləyəcək.
Prezident Donald Trampın dövründə Rusyanın təcavüzünün artdığı, Avropa ilə müttəfiqlərin getdikcə daha çox sual altına düşdüyü beynəlxalq arenada Avropanın yeganə nüvə dövləti olan Fransanın nüvə çətrini bütün Avropanı əhatə etməsi ilə bağlı müzakirələr intensivləşdi.
Tərtib edən: Cəfərova Kəmalə
İsdinad: CNN Türk
Gundelik.az

