Fransa İnkişaf Agentliyi Ermənistana 250 milyon avro kredit xətti ayıracaq.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, müqavilə oktyabrın 1-də keçirilən Ermənistan hökumətinin iclasında təsdiqlənib:
“Bu, Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi yeni üçillik proqram çərçivəsində həyata keçirilən ilk alt proqramdır. Vəsait büdcə kəsirinin maliyyələşdirilməsinə yönəldiləcək. Kredit borcalanın seçimindən asılı olaraq 5,12% dəyişən faiz dərəcəsi ilə və ya sonradan hesablanacaq sabit faiz dərəcəsi ilə təqdim ediləcək. Əsas borc məbləği 30 bərabər yarımillik ödənişlə qaytarılacaq. Kreditin müddəti 20 il, güzəşt müddəti isə 5 il olacaq”.

