Sentyabr 11, 2026
Baku
Siyasət Xəbərlər

Fərid Şəfiyev BMTMM sədri təyin edilib

Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilib.

Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, bu il fevralın 20-də Prezident İlham Əliyev “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında Fərman imzalayıb. Sənədə əsasən, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” (BMTM) publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə qoşulub.