Gundelik.az Dünya Maraqlı Ərinin inanmadığı qadın intuisiyasına güvəndi, lotereyada 85 milyon qazandı
Dünya Maraqlı Xəbərlər

Ərinin inanmadığı qadın intuisiyasına güvəndi, lotereyada 85 milyon qazandı

ABŞ-də yaşayan 67 yaşlı qadın intuisiyasına güvənərək lotereyada 1 milyon dollar (təxminən 85 milyon rubl) udub.

Gundelik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.

Qadının sözlərinə görə, lotereyada iştirak etmək ideyası ərindən gəlib. O, daxil olduqları mağazadan lotereya bileti almaq istəyib. Lakin həyat yoldaşı onu fikrindən daşındırıb. Qadın biletin başqa mağazadan alınmalı olduğunu hiss etdiyini bildirib.

Növbəti gün qadın başqa bir mağazaya gedərək lotereya bileti alıb. Daha sonra lotereyanın rəsmi saytına daxil olaraq baş mükafatı qazanmaq şansının hələ də olduğunu öyrənib. Bunu eşidən əri onun udacağına şübhə ilə yanaşıb.

Qadın isə biletin üzərindəki qoruyucu təbəqəni qaşıdıqdan sonra ərinin inamsızlığına baxmayaraq, cekpotu qazandığını görüb.

“Bir müddət ikimiz də şok vəziyyətində səssizcə oturduq. Nə baş verdiyini nəhayət anlayanda xoş xəbəri bölüşmək üçün bir neçə qohumumuza zəng etdik”, – deyə qadın bildirib.

Cütlük vergilər və digər tutulmalardan sonra təxminən 693 min dollar (59 milyon rubl) əldə edib.

Qadın uduşun bir hissəsini yeni avtomobil almağa və istirahətə xərcləməyi planlaşdırır. Bundan əlavə, nəvəsinin təhsil kreditini ödəmək niyyətindədir.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin Miçiqan ştatında bir cütlük təsadüfən lotereya bileti alaraq 136,6 min dollar qazanmışdı.

Nuri
Gundelik.az

Exit mobile version