İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Ən çox vergi ödəyən marketlər – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi marketlər şəbəkələrinin 2025-ci ildə ödədiyi vergi məbləğləri açıqlanıb.

Gundelik.az Valyuta.az-a istinadən xəbər verir ki, 2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi arasında yazıda adları çəkilən marketlər yer alıb.

Belə ki, “Araz Supermarket” MMC 2025-ci ildə 46,4 milyon manat vergi ödəyib. Bu göstərici 2024-cü ildə 36,7 milyon manat olub ki, nəticədə illik müqayisədə 9,7 milyon manat və ya 26,43% artım qeydə alınıb.

“Oba Market” MMC üzrə vergi daxilolmaları 25,9 milyon manat təşkil edib. Bu rəqəm 2024-cü ildə 23,5 milyon manat olub və beləliklə, 2,4 milyon manat və ya 10,21% artım müşahidə edilib.

“AL Market” MMC 2025-ci ildə 20 milyon manat vergi ödəyib. Halbuki, 2024-cü ildə bu göstərici 36,7 milyon manat olub. Bu isə illik müqayisədə 16,7 milyon manat və ya 45,50% azalma deməkdir.

“Bazarstore” MMC isə 17,8 milyon manat vergi ödəyib. 2024-cü ilin eyni dövründə bu rəqəm 14,1 milyon manat olub ki, bu da 3,7 milyon manat və ya 26,24% artım deməkdir.

Şirkət 2025 (mln AZN) 2024 (mln AZN) Dəyişmə (mln AZN) Dəyişmə (%) Trend
Araz Supermarket MMC 46,4 36,7 9,7 26.43% Artım
Oba Market MMC 25,9 23,5 2,4 10.21% Artım
AL Market MMC 20 36,7 -16,7 45.50% Azalma
Bazarstore MMC 17,8 14,1 3,7 26.24% Artım
08.04.2026