Müğənni Emin Ağalarovun Rusiyanın Kalininqrad vilayətində konserti bir il təxirə salınıb.
Gundelik.az bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, Kalininqrad vilayətinin Svetloqorsk şəhərində əvvəlcə iyulun 6-na planlaşdırılan tamaşa ləğv edilib.
Təşkilatçılar bu qərara səbəb kimi “fors-major”u göstəriblər. Bilet almağa müvəffəq olan tamaşaçıların bir ildən sonra bileti qaytara və ya istifadə edə biləcəyi də bildirilir.
Sənətçinin saytında iyul ayı cədvəlində yalnız Azərbaycanda Ağalarovun ailəsinin olduğu konsert məkanlarının siyahısı var.
Bundan əvvəl məlum olub ki, rəsmi Bakı rusiyalı sənətçilərin iştirakı ilə keçirilən bütün tədbirləri ləğv edib. Səbəb kimi Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq hərəkətləri göstərilib.
Gundelik.az
