İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Elm və Təhsil Nazirliyi bu şirkətlə nəhəng müqavilə bağlayıb

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “RRM Təmir-Tikinti” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Gundelik.az bu barədə nazirlikdən məlumat əldə edib.

Belə ki, müqavilədə İnzibati binada abadlıq, respublika üzrə bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri, yanğın su anbarlarının əsaslı təmiri və çirkab su anbarlarının tikintisi və əsaslı təmir işlərinin satınalınması nəzərdə tutulub.

Bağlanılan müqavilənin maliyyə dəyəri 5 milyon 562 min 683 manat olaraq müəyyən olunub.