Gundelik.az Elm və təhsil Elm və Təhsil Nazirliyi bu işlərə 10 milyon manata yaxın vəsait sərf edəcək
Elm və təhsil Xəbərlər

Elm və Təhsil Nazirliyi bu işlərə 10 milyon manata yaxın vəsait sərf edəcək

Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, abadlıq, kommunal-kommunikasiya işləri aparılacaq.

Gundelik.az-ın məlumatına görə, artıq bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə start verilib.

Nazirlik hələlik sözügedən işlərin hansı məktəbəqədər təhsil müəssisələrində aparılacağını açıqlamasa da, qeyd olunan işlərin 9,8 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Eyni zamanda nazirlik hazırda bəhs olunan işləri icra edəcək şirkət axtarışındadır.

Gundelik.az 

Exit mobile version